- Düzdür...
- Yeyərlər evdəkilər?
- Nəyi?
- Necə nəyi, həmin kolbasaları!
- Siz deyəndən sonra, ağızları nədir yeməsinlər...
- Mən məcbur demirəm! - Ruslan başını buladı. - Özləri iştahayla yeyə bilərlər? Əlbəttə, onlar onu ayı əti hesab edəcəklər.
- Dava-dərmanın, sarımsağın bol eləsələr, niyə yemirlər?!
- Ay sağ ol! İndi çıx get! Sabaha bir fərli şey hazırlayın! Kababınız yenə xoşuma gəlmədi. Öyrədə bilmədim də, sizə kabab bişirməyi...
- Baş üstə! - Başdan-ayağa tər içində olan Yarəli canını qurtardığına
sevinib qaranlıqda yox oldu.
- Gördün?.. - Ruslan Dadaşov Zakirə baxdı. - İndi necə bilirsən, bu nə vaxtsa deyə bilərmi ki, restoran onundur?
- Yox, deyə bilməz... - Zakir quru cavab verdi.
- Deyəsən, yatmaq istəyirsən. Duraq! - Ruslan söhbətdən bezmiş
halda əlini yellədi: - Bizi gözləyirlər... Həmin gecənin sonrası Zakirin yaddaşına daha möhkəm həkk olunmuşdu. Qalxıb, xüsusi olaraq qurulmuş ikinəfərlik otaqlardan birinə - Gülya girən otağa getdi. Gülya yataqda uzanmışdı. Zakir də, heç nə demədən, soyunub
onun yanında, arxası üstə uzandı. Ürəyindən, nədənsə bu qızla söhbət etmək keçirdi. Gözləmədiyi halda, qız ondan əvvəl dilləndi:
- Sən Zəminənin əri deyilsən?
Zakir az qaldı yerindən dik atılsın:
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...