63

70 4 0
                                    

Deməli, Niyazinin belə işləri də var imiş?! Qız uşağını yoldan çıxarıb, namusunu ləkələyib!.. Özü də gör, kimin qızının?! Doktor Muradzadənin! Ziyalı, tərbiyəli bir ailənin qızının. Gör necə harınlayıbmış bu?! Gör necə gözü qızıbmış bunun! Əclaflığa bax!Ən əsası o idi ki, o, Gülafət xanıma xəyanət etmişdi. Gənc və gözəl qadın bu xəyanəti heç cür bağışlaya bilmirdi. O, qısqanc bir qadın idi və sevdiyi ərinin ondan başqa, kiməsə mənsub olmağını heç vəchlə qəbul edə bilmirdi. Məlikxanlı onu həmişə sevib əzizləsə də, ər arvad münasibətlərinə çox az vaxt tapa bilirdilər. Buna baxmayaraq, o, bir dəfə də ərinə xəyanət etməmişdi.Məgər o, insan deyildi? Qadın deyildi? Əlbəttə, qadın idi. Həm də, lap yaxşısından! O öz gözəlliyini lap yaxşı başa düşürdü. Kişilərin ona necə oğrun-oğrun baxdıqlarını da duyurdu. Elə sürücüləri Asəf! Tərbiyəli, saf uşaqdır. Ancaq onunla üzbəüz gələndə özünü itirir, üzünə düz-əməlli baxa
bilmir. Lap Ruslan özü! Niyazinin dostu olsa da, Gülafətə qarşı münasibətini gizlədə bilmir. Əlinin altında o qədər gözəl qızlar, qadınlar var. Həmişə də seçib, ən gözəllərini işə götürür. Ancaq yenə gözü Gülafətdədir. Danışanda üzünə baxmaq əvəzinə, ora-burasına baxır. Gülafət xanımın Ruslan Dadaşovdan xoşu gəlmirdi. Kürən, gözləri pişik
gözü kimi parıldayan, həmişə yekə dodaqlarını gəmirən bu adam ona vəhşi pələng təsiri bağışlayırdı. Yaşı qırxa çatmasına baxmayaraq hələ evlənməmişdi. Gülafət xanım, nədənsə, Ruslanı yataqda başqalarından son dərəcə fərqli hesab edirdi və düşünürdü ki, o, nə yaxşı evlənmir. Ona ərə gedən qadın həftənin sonuna salamat çıxa bilməzdi. Çünki Ruslanın sifətində nəvazişdən, insafdan əsər-əlamət yox idi.

XəyanətWhere stories live. Discover now