-Deyirsiniz əli sarıqlı idi. Hansı əli?
-Yadımda deyil...
- O sizin sağınızdan keçdi, ya solunuzdan?
- Sağ tərəfimdən keçdi. Mənə tərəfki əli sarıqlı idi.
- Deməli, sağ əli?
- Bəli.
-Aha... - Qasımlı mənalı tərzdə başını yırğaladı. - Siz o adamı başqa vaxt görmüşdünüz?
- Xeyr! Heç vaxt görməmişdim.
- Çox sağ olun. Sizə təşəkkür edirəm!
- Dəyməz...
Binadan çıxıb maşına mindilər. Fazil maşını işə salıb dedi:
- Mən acından ölürəm, Qanbay müəllim!
- Onda məni avtobus dayanacağında düşür, get yemək ye! Ancaq stəkanla pulu müstəntiqə bu gün çatdır. Mən evə gedəcəm.
- Gedək, birlikdə nahar edək! - Fazil təklif etdi.
- Yox, mən fikirləşmək istəyirəm! - Qasımlı qaşqabaqlı cavab verdi.Daha danışmadılar. Dayanacağa çatanda qapını açıb:
- Xahiş edirəm, mənsiz hər hansı prosessual hərəkət etməyin.
Məsələ sizin düşündüyünüzdən də dolaşıq və ciddidir! - dedi və
maşından düşüb dayanacağa keçdi
![](https://img.wattpad.com/cover/177089001-288-k808791.jpg)
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...