- Siz deyilənlərə fikir verməyin! Mən bilirəm ki, Niyazi müəllim
günahsızdır. Siz də mənə inanın! Onun məndən xəbərsiz işi olmaz.
- Daha bunun mənimçün heç bir fərqi yoxdur! - Gülafət əlləri ilə
üzünü tutub ağlamağa başladı.
Asəf ayaq üstə dayanıb həddindən artıq hörmət bəslədiyi, həmişə əlçatmaz hesab etmiş olduğu bu qadına tamaşa edirdi. İlk dəfə idi ki, onu ağlayan görürdü. İlk dəfə idi ki, aralarında məhrəmanə söhbət gedirdi. O bu qadına təskinlik vermək istəyirdi. Ancaq bilmirdi bunu necə etsin?
“Yaxınlaşmaq olarmı, görəsən? Bu pis alınmaz ki?.. Niyə pis alınır, o bu saat çox dərdli və həyəcanlıdır. Ovundurmaq, ürək-dirək vermək lazımdır!..”Yaxınlaşıb onun yanında oturdu. Sonra bir az da yaxınlaşdı.
-Ağlamayın, özünüzü ələ alın!
Gülafət başını qaldırıb əli ilə göz yaşını sildi:
- Niyazi bağdadı?
- Bəli...
- Asəf sakitcə cavab verdi.
- Sən də qayıdacaqsan oraya?
- Bəli, qayıtmalıyam. Təkdi.
Gülafət istəyirdi ki, Asəf bu gecə onun yanında qalsın. Onda birdən-birə Asəf kimi birisinin nəvazişinə ehtiyac yaranmışdı. Ruslanın onun başına açdığı oyunlardan sonra bütün gecəni Asəfin yanında olmaq, əzizlənmək
istəyirdi. Düşündüyünü çətinliklə də olsa dilinə
gətirdi:
- Getmə, Asəf, bu gecə burada qal, qorxuram

KAMU SEDANG MEMBACA
Xəyanət
Misteri / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...