- Yox, sağ olun!
- Onda, elə bu saat zəng vur!
Gülşən ani olaraq həyəcanlandı. Ancaq oğlanın səmimiyyət dolu baxışları qarşısında özünü ələ alıb qəzetdəki nömrəni yığdı.
-Alo, Elnur? Tanıdın? Gülşəndir... Sağ ol... Səninlə təcili görüşmək
istəyirəm... Görüşərik, danışaram, konturum azdır... Yox, zəng vurma, telefon söhbəti deyil... O dəfəki kafedə... Hə, «Sahil»də...
Telefonu qapadı.
- Dedi ki, «Sahil» kafesinin qabağında gözlə, gəlirəm.
- Çox sağ ol, zirək qızsan! Deyəsən səni sevəcəm!
- Oğlan bunu deyib ayağa qalxdı.
- İndi gəl səni bulvara aparım.Gülşən qızardı. Həvəslə ayağa qalxıb, onunla yanaşı addımlamağa başladı. Onlar yenə universitetin qabağına gəldilər. Oğlan qara rəngli bir «Mersedes»in arxa qapısını açıb qızı maşına dəvət etdi. Gülşən ani tərəddüddən sonra keçib maşında əyləşdi. «Mersedes» yola düşüb birdə bulvarın kənarında, «Sahil» kafesinə ən yaxın bir yerdə
dayandı.Gülşən maşından düşdü. Oğlan:
- Sənə müvəffəqiyyətlər! Zəngini gözləyəcəm,
- deyib maşını sürdü.Beş-on addım getmiş, maşını saxlayıb, mühərriki söndürdü. Boylanıb kafeyə tərəf addımlayan qızın arxasınca baxdı və cibindən bir saqqız çıxarıb çeynəməyə başladı. Özünü Veneranın bibisi oğlu kimi qələmə verən bu oğlan, əslində əməliyyat-axtarış polisi, kapitan Mahir Talıbov idi. O, Gülşənlə görüşə polkovnik Qasımlının xahişi ilə gəlmişdi. İçində yüksək keyfiyyətli səsyazan mikroqurğu quraşdırılmış alışqanı da, yenə
CZYTASZ
Xəyanət
Tajemnica / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...