54

81 8 0
                                    

Doktor qonaqların üzünə baxıb kədərlə başını yellədi və susdu.
- Qızınız, ümumiyyətlə, son günlər özünü necə aparırdı? - polkovnik
sorğu-sualı davam etdirdi.
- Necə deyim... - Muradzadə bir qədər fikirləşməyə məcbur oldu. -
Heç nə duymamışam. İndi isə xatırlayıram ki, son vaxtlar bir
az qaraqabaq olmuşdu. Narahat idi elə bil... Elə o dediyim mahnı... Yaman
çox oxudurdu onu axşamlar...
- Bu dəyişiklik nə vaxtdan baş vermişdi?
- Deyə bilmərəm... Bir ay olardı... Bəlkə də iki ay?..
- Qızınız bu zəhəri haradan əldə etmiş olar?
Doktor Muradzadə heç bu barədə düşünməmişdi. Özünü itirib çiyinlərini
çəkdi:
- Bilmirəm... Deyə bilmərəm... Nə zəhərdi ki?..
Xəfiyyə əvvəlcə dinmədi. Sonra doktorun cavab gözlədiyini görüb
zəhərin adını hər hərfi uzun tələffüz etməklə söylədi:
- Kaa... Ess...
Doktor dəhşət ifadə edən baxışlarını bir müddət Qasımlının ağzına dikib
dayandı. Bilmək olmurdu, o təcrübəli kriminalistin adının baş hərflərini
dediyi zəhəri tanıdı, yoxsa yox... Elə Fazil Məmmədli də təəccüblə
polkovnikə baxırdı. Qasımlı söhbəti dəyişməyi lazım bildi:
- Qızın şəxsi əşyalarına, dəftər-kitabına baxan olub?
- Bəli... - doktor key kimi cavab verdi. - Gəlib hər şeyə baxdılar. Səhər tezdən Heç nə tapılmadı. Bir mühazirə dəftərini apardılar.
- İcazə versəydiniz, biz də kiçik bir müşahidə aparardıq.
- Buyurun! - doktor əli ilə otağı göstərdi

XəyanətWhere stories live. Discover now