67

72 3 0
                                    

hissələrini görsün. İstəyirdi ki, bağda aldığı həmin xoş zövqü bir daha yaşasın.Burada çətin və ya pis nə vardı ki?.. Asəfi telefonla çağıracaq. Sonra da, o gələnə yaxın divanda uzanıb üstünü açacaq. Guya yatıb yuxuya qalıb vəüstü də təsadüfən açılıb. Onun səsini eşidib ayağa qalxacaq. Bu vəziyyətdən hər ikisi utanacaq, hər ikisi sonsuz ləzzət alacaq. Sonra da deyəcək ki, səni çağırmışam, məni mağazaya aparasan. Ya da, nə isə başqa bir bəhanə. Asəfin ağlına heç nə gəlməyəcək...
Cib telefonunu əlinə götürdü. Birdən həyəcanlanmağa və ürəyi döyünməyə başladı. Qəribədir! Hətta lap çox qəribədir ki, o, Asəfə zəng vurmağa cəsarət etmirdi. Məgər ona nə deyəcəkdi ki? Deyəcəkdi, gəl, mənə lazımsan! Belə zəngi indiyə qədər yüz dəfə edib vəyüz dəfə həmin sözü demişdi. Anasıgilə getmək üçün, mağazaları gəzmək
üçün və sair. Bəs indi ona nə olmuşdu?..Telefonu stolun üstünə atıb yenə məqsədsiz halda otaqlarda gəzişməyəbaşladı. Onun daxilində, sanki ağlı və ehtirası kəskin mübarizəyəgirişmişdi. Onların gah biri, gah da digəri üstünlük qazanır, ancaq hansının üstünlük qazanmasından asılı olmayaraq, bu çarpışma Gülafət
xanımın içini incidirdi.Nəhayət, qərara gəlib, bir də telefonu götürdü. Axı ondan nə gedirdi ki?.. Zəng vurub çağırar. Əgər o gələnə kimi fikrini dəyişsə, Asəfi ayaq üstə qarşılayar və xahiş edər ki, onu anasıgilə aparsın.Axır ki, cəsarətini toplayıb zəng vurdu.
-Asəf, salam! Haradasan?
Asəf Məlikxanlının bağında idi. Səhər prokurorluqda olmuş, izahat vermişdi. Məlikxanlının izahatını isə müstəntiq özü gəlib malikanəsindəalmışdı. İndi günorta idi. Təzəcə nahar etmişdilər. Məlikxanlı kölgədə,

XəyanətWhere stories live. Discover now