Heç idarədə də dolaşıq işə baş qoşmurdu Məlikxanlı. Belə işlər olanda o
saat Cahangirovun üstünə göndərirdi. Qoy o məşğul olub, razılığını versin!
- deyirdi.
Öz təmiz adını nə qədər qorusa da, işlərini nə qədər ehtiyatla tutsa da, indi gəlib belə bir işə düşmüşdü. Və bu işin sonu nə ilə qurtaracaqdı, demək çətin idi. Məsələ yuxarı dairələrə, yəqin ki, məlum olmuşdu. Bəlkə
prezidentə də! Ondan isə bu məsələdə güzəşt gözləməyinə dəyməzdi. Hələ yaxşı ki, ölkədə deyildi. Onun xarici səfərdən qayıtmasına qədər istintaqda Məlikxanlının xeyrinə irəliləyiş olmasaydı, vəziyyət çox pis olacaqdı...Bir sutka ərzində Məlikxanlı sanki arıqlamış, gözləri çuxura düşmüşdü. Sarsıntıdan xəstəliyə tutulacağından qorxurdu. Odur ki,içməyə başlamışdı. İndi də stolun üstündə yarımçıq “Napoleon” konyakı var idi. Yenə də müstəntiqdən surətini alıb oxuduğu həmin məktub gəlib gözləri qarşısında dayandı. Ekspertiza tam şəkildə təsdiq etmişdi ki, məktub qızın özü tərəfindən yazılıb. Sabaha isə onu spermadan analiz verməyə
çağırırdılar. “İşə bir bax! Gör bu qancıq məni nə oyuna saldı!” deyə düşünən Məlikxanlı birdən yumruğunu stola çırparaq bərkdən, rus dilində
söyüş söydü:
- Şilyuxa! Tryapka!
Hirsindən nə edəcəyini bilmirdi. Stəkana konyak süzüb içdi və əlləri əsə-əsə siqaret yandırıb çəkməyə başladı.Qaplan gəlib bir müddət sakitcə onun üzünə baxdı. Sonra yaxınlaşıb qabaq ayaqlarını qaldırdı və sahibinin dizləri üstünə qoydu.
- Get, Qaplan!

YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...