İmtahana hamıdan əvvəl girib çıxmış Gülşən narahat olub dekanın katibəsindən xahiş etmişdi ki, Veneragilin evinə zəng vursun. Katibəyə bildirmişdilər ki, Venera heç vaxt universitetə gələ bilməyəcək. Çünki o, artıq həyatda yoxdur, ölüb... Bu xəbər Gülşənə qəfil güllə kimi dəymişdi. İnanmaq istəməyib bir neçə dəfə, dalbadal cib telefonuna zəng vurmuş, kompüterin yaddaşına yazılmış sözləri dinləmişdi. «Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Xahiş edirik, bir az sonra zəng edəsiniz...» Göz yaşlarını saxlaya bilməmiş, doyunca ağlamışdı. Elə o biri
qızlar da... İndi istəməsinlər, Veneranın xətrini hamısı çox istəyirdi. İndi bir qədər toxtamışdılarsa da, söhbət yenə ondan gedirdi. Bu qıza birdən-birə nə oldu axı?.. Sapsağlam qız idi. Hər kəs öz ehtimalını söyləyirdi. Əsl həqiqəti isə heç kəs bilmirdi. Bir qız topalaşmış dəstələrin birinə yaxınlaşıb üzünü, göz yaşları təzəcə qurumuş Gülşənə tutdu:
- Gülşən, səni aşağıda bir oğlan gözləyir.
- Məni? - Gülşən təəccübləndi.
- Hə, səni. Qapıda dayanıb.
Gülşən:
- Yəqin, qardaşımdır.
- deyib, qızlardan ayrılaraq, tələsik aşağı düşdü.Giriş qapısının yaxınlığında gözətçi qadından və otuz yaşlarında gənc oğlandan başqa heç kəs yox idi. Bu, şıq geyinmiş yaraşıqlı bir oğlan idi. Əyninə açıq boz rəngli, bahalı köynək və həmin rəngdə şalvar geyinmişdi. Səliqə ilə yana daranmış saçları, cavan olmasına baxmayaraq, ona
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...