98

70 0 0
                                    

Niyazi bir qədər duruxub dedi:
- Onun çıxışı direktorun xoşuna gəlmədi. Mən fikir verirdim...
Katib bir söz deməyib yenə foto-montaja nəzər saldı. Sonra
başını bulayıb, mənalı gülüşlə Niyaziyə baxdı:
- Yadında saxla, sən çox irəliyə gedəcəksən!
Onun dediyi düz çıxdı. Niyazi pillə-pillə, addım-addım irəlilədi, gəlib bu vəzifəyə çıxdı. Tabe olduğu adamların rəğbətini qazanmaqda xarici görkəmi də az rol oynamırdı. O, yaraşıqlı bir kişi idi. İri, mənalı gözləri var idi. İndi də, başının qabağının azacıq dazlaşmasına, saçının qismən ağarmasına baxmayaraq, yaraşığını itirməmişdi. Həmişə səliqəli və zövqlə geyinirdi.
Var-dövlətinə isə, söz ola bilməzdi. Özü ehtiyatlı, suyu üfürüb içən olsa da, vəzifəsi yüksəldikcə pula tamahı artmış, pul da axıb onun qarşısına tökülmüşdü. Həmin pulları, son vaxtlar, yalnız şəxsi obyektlərin
çoxaldılmasına sərf etmişdi. Şəhərdə və rayonlarda mağazaları, restoranları, sexləri, torpaqları, qoyun sürüləri var idi. Hamısı da gizlin! Yəni heç kəs bilmirdi ki, bu obyektlər və ya müəssisələr, təsərrüfatlar ona
xidmət edir. Niyazi Məlikxanlı öz işini ehtiyatlı tutan adam idi. Qudurub, gözü ayağının altını
görməyənlərdən deyildi. İşlər hamısı onsuz həll olunurdu ki, bunların da başında Ruslan Dadaşov dururdu. Ümumiyyətlə, Məlikxanlının idarədən
kənar bütün işlərinə Ruslan cavabdehlik daşıyırdı. Bu xidmətinə görə Məlikxanlı da onun heç bir xahişini rədd etmirdi. Belə ki, bəzi məsələlərdə, Ruslan Dadaşov idarə işlərinə də qarışa bilirdi. Çox vacib iş üçün Məlikxanlının razılığını almaq istəyən şəxslər birinci Ruslana yaxınlaşmağa məcbur olurdular ki, bu da havayı başa gəlmirdi.

XəyanətWhere stories live. Discover now