115

56 1 0
                                    

Beş nəfər kişi kafeyə daxil olub Elnurun arxasındakı boş stolun ətrafında oturdular. Birinə stul çatmadı. O, ətrafa boylanıb Gülşəngilin stoluna yaxınlaşdı və əlini boş stulların birinə uzadıb soruşdu:
-Olar?
Fikri başqa yerdə olan Elnur kəskin hərəkətlə ona tərəf döndü:
- Məni?
Kişi gülümsədi:
- Stulu götürmək olar?
Elnur sakitləşdi:
- Hə! Hə! Buyurun!
Kişi stulu götürüb getdi. Arada uzun bir sükut yarandı. Bir qədərdən sonra Elnur tərəddüdlə dilləndi:
- Yemirsənsə, gedək, səni evinizə aparım. Sonra vacib işlərim var. Ayağa qalxdılar. Maşına qədər heç biri danışmadı. Elnur arxa qapını açanda Gülşən dilləndi.
- Sən get, mən avtobusla gedəcəm.
- Yox, niyə ki?
- Elnur təkid etdi.
- Gəl otur aparım!
- Yox, sağ ol, buradan 65 nömrəli marşrutla birbaş evə gedəcəm.
- Yaxşı, nə deyirəm?.. Alışqana görə də çox sağ ol!
- Dəyməz!
Elnur Qatarlı maşına oturdu. Gülşən dayanıb onun getməsini gözlədi. O, Mahir Talıbovun hələ də burada olmasından xəbərsiz idi. «Mersedes»in
güzgüsündə ona göz qoyan Mahir Qanbay Qasımlıya zəng vurdu:

XəyanətOù les histoires vivent. Découvrez maintenant