müəmmalı məsələləri həll etməkdən zövq alırdı. Onun üçün bu zövqü başqa heç nə əvəz edə bilməzdi. Bir də dara düşən insanlara kömək etmək,
günahsız insanları şərdən, böhtandan qurtarmaq... Mənəvi ləzzət alırdı
belə işlərdən. Qanbay müəllim əsl kişi idi! Bədəncə də, ruhca da qibtə
ediləcək dərəcədə möhkəm idi. Ara-sıra tutan başağrıları nəzərə alınmasa,
sağlamlığına da söhbət ola bilməzdi. Həyatda insan üçün olan zövqlərin
heç birini inkar etmirdi. Ancaq dediyimiz kimi, daha çox dolaşıq işlərin
açılmasından və yaxşı insanlara yardım göstərməkdən zövq alırdı. Buna kim inanmasa da, Mahir ürəkdən inanırdı və bilirdi ki, pulun və təmənnanın hər şeydən yüksəkdə durduğu bir zamanda və cəmiyyətdə
yaşayan Qanbay müəllim üçün pul da, vəzifə də, qadın da əhəmiyyətsiz dərəcəli şeylər idi.
Mahir fikirdən ayrılıb maqnitofonu qoşdu. Hansısa gənc müğənni qızın yanıqlı səsi maşının salonuna yayıldı. Qasımlı susur, nə barədəsə
düşünürdü. Həmin vaxt Mahirin heç ağlına da gəlməzdi ki,
Qanbay müəllim indicə gördükləri gözəl ev sahibəsi barədə fikirləşir...
Qanbay Qasımlı özünü anlaya bilmirdi. Axı niyə boynuna götürdüyü bu
qəribə, müəmmalı və faciəli hadisənin sirrini açmaq barədə yox, bircə dəfə gördüyü o qadın haqqında fikirləşir?.. Axı necə oldu ki,
Məlikxanlının arvadı Qasımlıya birdən-birə belə doğma göründü?
Gözəldir? Hə, doğrudan da o, çox cazibədar və gözəl qadındır. Axı bu amil polkovnik Qasımlı kimi adama, özü də belə bir məqamda, kişinin
həyətində və gözü qabağında təsir edə bilməzdi! Hələ onlar kiçik bir intim an da yaşadılar. Baxışları tuş gəldi və qadının açıq sinəsi yol veriləndən
bir az artıq göründü. Həmin vaxt baxışlarında utancaq bir mehribanlıq var
idi onun. Bəlkə buna görə Qasımlıya doğma göründü o? Qasımlının
qadınlarda qiymətləndirdiyi birinci cəhət abır-həya və utancaqlıq idi.
Ancaq ev sahibəsi fincanı onun qarşısına qoyanda Qasımlı ona belə diqqətlə baxmamalı idi axı?! Heç baxmayacaqdı da! Baxmayacaqdısa,

YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...