56

72 6 0
                                    

Doktor Muradzadə kənardan təəccüblə baxan vəkil kimi heç nə başa düşməmişdi. Ancaq əllərini yana açıb müticəsinə dilləndi:
- Necə deyirsiniz, elə də edərəm. Qanbay Qasımlı bir daha otağa göz gəzdirib qapıya doğru getdi. Ev sahibini narahat etdikləri üçün üzr istəyib mənzildən çıxdı. Onun arxasınca gələn Fazil qapı örtülən kimi tələsik soruşdu:
- Əgər qayçı lazım idisə, niyə götürmədik?
- O barədə heç kəsə bir kəlmə də deməyin! - polkovnik cavab əvəzinətapşırıq verdi.
- Qız özünü nə ilə zəhərləyib ki? KS nədir?
- Bu yeni düzəldilmiş çox güclü bir zəhərdir. Əsasən tabletka şəklində olur. İysiz, şirin dadlı bir zəhərdir. Qəbul etdikdən beş dəqiqə sonra qəfil təsir edir və bütün orqanları sıradan çıxarır. İngilis dilindən
tərcümə etsək, romantik bir adı
var.
- Nə? - vəkil maraqla soruşdu.
- İlan öpüşü!
Saat artıq dördə işləyirdi. Qasımlı üzbəüz mənzilin zəngini çaldı. Qapını
açan olmadı. İkinci mərtəbəyə düşdülər. Qasımlı qapılara ani nəzər salıb,
birinin üstündəki düyməni basdı. Qapını handan-hana yaşlı, xəstə
görkəmli bir qadın açdı. Yad adamları başdan-ayağa süzüb:
- Sizə nə lazımdır? - deyə soruşdu.
- Mən sizin üstünüzdəki mənzildə baş verən ölüm hadisəsini araşdırıram.
- Qasımlı dilləndi.
- Xahiş edirik, deyin, siz dünən günorta və ya günortadan sonra blokunuzda şübhəli bir adama rast gəlməmisiniz ki?

XəyanətDonde viven las historias. Descúbrelo ahora