8

147 11 1
                                    

demişdi. Əlini uzadıb donun bir qədər yuxarı sürüşmüş ətəyini aşağı çəkdi. Sonra titrəyən barmaqlarını qızın sifətində gəzdirdi. O, heç vaxt,
heç kəsin meyitinə belə dəhşətlə baxmamışdı. Dəhşətlə, həm də
məhəbbətlə... Belə də olmalı idi. Axı bu onun öz doğma balasının, canının bir hissəsinin, ciyərparasının meyiti idi...
Gözlərini qapamaq istədisə də alınmadı. Ətrafına boylanıb qızın üzünü örtmək üçün nə isə axtardı. Ancaq tez də fikrindən daşındı. Heç ayağa
qalxmağa heyi də qalmamışdı. Veneranın soyumuş
əlindən tutub titrək səslə danışmağa başladı:
- Bu niyə belə oldu, ay qızım? Sən niyə belə etdin? İndi gəlib səni
aparacaqlar... Səni bir də görə bilməyəcəm. Nelya xanım divana sərilib qalmışdı. Ağır-ağır nəfəs alırdı. Muradzadə ona ötəri nəzər salıb, yenə qızına baxdı.Həmişə özünü qürurlu aparan, işlədiyi xəstəxanada və həm də bütün tanışlar dairəsində həmişə özünə hörmət görmüş və hamıdan hörmət gözləyən doktor heç vaxt inana bilməzdi ki, nə vaxtsa, onu bax beləcə qaldırıb yerə çırpacaqlar. Yerə çırpmaq azmış kimi, hələ üstəlik, tapdalayacaqlar. Palçığa basıb, üstünə də zir-zibil tökəcəklər...
- Bu niyə belə oldu, ay qızım? - deyə bir də təkrar etdi və nə qədər çalışsa da özünü saxlaya bilməyib ağlamağa başladı.
Nelya xanım içində nəyinsə qırıldığını hiss edirdi və ayağa qalxmaq üçün özündə güc tapa bilmirdi. Dağ boyda qüruru olan ərinin uşaq kimi ağlaması onsuz da alışıb-yanan ürəyinə bir az da od qoydu. Göz yaşları bulaq kimi qaynayıb gözlərindən tökülməyə başladı.
-Anan ölsün, ay bala, anan ölsün!
Gücsüz əllərini dizlərinə vurub, bu saat Moskvada hər şeydən xəbərsiz olan oğlunu harayladı:

XəyanətМесто, где живут истории. Откройте их для себя