-Axı mən sizə demişəm ki, mən olmayanda, qapını heç kəsə açmayın. Həyətdə görəndə görüşə bilərsiniz. Ancaq onunla başqa yerə getməmək
şərtilə!
- Mən onunla heç vaxt görüşməyəcəm!
- Tural qaşqabaqla dilləndi. Nuray əlindəki işi saxlayıb acıqlı-acıqlı qardaşına baxırdı. Nuranə
yaxınlaşıb Turalın başını sığalladı:
- Niyə?
- Ona görə ki, o səni incidirdi!
- Kişilər hamısı arvadını incidir də!
- Nuray dözməyib qışqırdı.
Nuranəni gülmək tutdu. Ancaq tez də özünü saxlayıb onlara
təpindi:
-Yaxşı, bəsdir, işinizlə məşğul olun! Özü isə, küncdəki kiçik stolun üstündə, təzə yuyub qurutduğu paltarları ütüləməyə başladı. Ancaq fikri yenə də qarışmışdı.Üç bacı idilər. Qardaşı olmadığı üçün onu oğlan kimi böyütmüşdülər. Bədəncə sağlam və qıvraq idi. Ev işində də, həyət-baca işində də ata anasına yaxından kömək edirdi. Bununla bərabər, nadincliyi də var idi. Kənddə başına çıxa bilmədiyi bir dənə də ağac yox idi. Yoldaşları ilə tez tez dalaşırdı. Məktəbdə də uşaqlar hamısı ondan qorxurdu.Ancaq qəşəngliyinə də söz ola bilməzdi canı ölmüşün. Qız yoldaşları nə qədər özlərinə fikir versələr də, ona çata bilməyib paxıllıq çəkirdilər. Oğlanlar isə ona arxadan, oğrun-oğrun göz qoyurdular. Üzünə söz deməyə cəsarət edən yox idi. Yaxşı xasiyyətləri də az deyildi. Yalanın nə olduğunu bilmirdi. Dalca danışmaz, heç kəsə paxıllıq etməzdi. Dalaşanda da həmişə düzlüyün,
BINABASA MO ANG
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...