62

76 4 0
                                    

VII fəsil
Ehtirasın qələbəsi
Həmin gün Fazil Məmmədli xoşagəlməz xəbəri Gülafət xanıma çatdırıb, onun kabinetindən çıxandan sonra, sarsılmış qadın ərinin iş yerinə zəng vurdu. Yerində olmadığını dedilər Evə zəng vurdu. Dəstəyi götürən olmadı. Cib telefonu da bağlı idi. Gülafət xanım bilmirdi ki, Məlikxanlı bu gün səhər cib telefonuna yeni nömrə aldırmış və onu da hələlik, yalnız üç nəfərə
- Ruslan Dadaşova, Qanbay Qasımlıya və sürücüsü Asəfə bildirmişdi.İşdə heç cür qərar tuta bilməyib evə gəldi. Kostyumunu çıxarıb, mavi rəngli ev xalatını geyindi. Başını qarışdırmaq üçün yemək hazırladı. Nahar edib, süfrəni yığışdırdı və boş-boşuna otaqları gəzməyə başladı. Ürəyi qəfəsdəki quş kimi çırpınır, sakit ola bilmirdi.

XəyanətWhere stories live. Discover now