86

71 3 0
                                    

önünə gətirdi və dediyi sözləri xatırladı. «Yaxşı ki, o kişi özünə Naram seçdi. Yoxsa mən elə onu görən kimi qorxdum. Vəhşidi elə bil...» Ancaq daha gec idi. İndi yəqin ki, həmin məsum qız vəhşi hesab etdiyi kişinin ağırlığından əzilirdi... Yox, nahaq əlindən verdi onu! İndi ki, qızın ürəyi istəyirdi, gərək Zakir özü onu... O gecə özündən əməlli-başlı zəhləsi getdi Zakirin... Səhər isə bir gecədə rəngi solmuş, gözlərinin altı qaralmış Gülçöhrəni görəndə, xəcalətdən üzünü yana çevirdi. Elə Gülçöhrənin özü də, utandığından onun gözünə görünmək istəmirdi... Hə... bax bu gəzintidən sonra Zakir Ruslandan uzaq gəzirdi. Əslində heç Ruslan da onu, bir o qədər, itirib axtarmırdı. Ancaq...
Telefonun səsi onu fikrindən ayırdı. Əlini uzadıb dəstəyi götürdü. Zəng vuran, rayonun prokuroru idi:
- Salam Zakir müəllim, necəsiniz?
- Sağ olun, yaxşıyam...
-Zəng vurdum, maraqlanım görək, kişinin məsələsi nə yerdədir?
-Atamın?
- Bəli!
- Ona nə olub ki? - Zakir təəccübləndi.
- Bəs bilmirsiniz? Mən elə bildim, xəbəriniz var... Dünən axşam
doktor Muradzadənin qızı intihar edib. Yazıb qoyub ki, guya atanız onu yoldan çıxardığı üçün özünü öldürür. Mən özüm də getmişdim oraya. Ancaq işi, aydın məsələdir ki, biz aparmırıq.
Az qaldı ki, dəstək Zakirin əlindən yerə düşsün.

XəyanətTempat cerita menjadi hidup. Temukan sekarang