78

68 3 0
                                    

Ruslan Dadaşov lətifəyə ara verərək stəkanını yenə də zoğal arağı ilə doldurdu. Üzünü Zakirə tutub ucadan dilləndi:
- Nə olub, ay Zakir müəllim?! Dəryada gəmin batıb? Ye, iç, kef elə bu beşgünlük dünyada! O vəzifən var ha, sənin, boş şeydir, mən ölüm! Düzdür, özün istədin, biz də etiraz eləmədik. Ancaq adama dünyada birinci pul lazımdır, bir də boş vaxt ki, belə cananlarla kef eləsin. Pulu isə, qazanmağı bacarmaq lazımdır! Bu restoranı görürsən? - Ruslan tam sərxoş olmasa da, sərxoş kimi idi və sözləri mənalı tərzdə uzadırdı.
- Bu restoranın, heç bilirsən, gündəlik gəliri nə qədərdir? Sənin aylıq gəlirindən əlli dəfə çox! Ruslan dayanıb diqqətlə Zakirin üzünə baxdı:
- Heç bilirsən, bu restoran kimindir?
Zakir başını yellədi:
- Bilmirəm...
Ruslan çevrilib sərxoş baxışlarla bir müddət qızları süzdü:
- Sizin yeməyə, içməyə ehtiyacınız var?
- Yoox... - hər ikisi birdən savab verdi.
- Onda durun, hərəniz bir otağa! Haydı!O, əli ilə də kəskin hərəkət etdi və qızlar cəld qalxdılar.
- Bilirsən, bu restoran kimindir? - Ruslan sualı bu dəfə bir az astadan təkrar etdi.
- Kimindir? - Zakirin səbri daraldı.
- Sənin atanın! Daha doğrusu, bizim atamızın. Niyazi müəllimin! O mənim dostum olsa da, atalıq edib mənə. Ona görə də canım qurban olsun
ona!

XəyanətWhere stories live. Discover now