43

78 5 0
                                    

-Mənə elə gəlir ki, Qanbay müəllim, qızın o məktubu nə üçün yazdığı heç vaxt bilinməyəcək! Mən Məlikxanlı ilə də, arvadı ilə də söhbətimdə bir şeyi dəqiqləşdirdim ki, doktor Muradzadənin ailəsi ilə onlar arasında heç bir düşmənçilik olmayıb. Onlar heç tanış da deyillər. Qız özü isə artıq o dünyadadır. Məktub qızın özü tərəfindən yazılıb. Mənzildə heç bir şübhəli şey tapılmayıb. Sözsüz ki, bu çox maraqlı sirdir. Ancaq, məncə, bu sirr açılmamış qalacaq. O ki qaldı mənim məhkəmədə qələbə çalmağıma, bundan narahat olmayın. Nə yaxşı ki, uşaqlıq yolunda kişi toxumu tapılıb. Qoy mənim əlimdə ekspertizanın rəyi olsun ki, bu toxumlar müdafiə etdiyim şəxsin deyil. Onda görəcəksiniz, mən qarşı tərəfi necə qoz qabığına soxuram. Lap tutaq ki, bu qızın bakirəliyini Məlikxanlı pozub, tutaq ki, qoruyucudan istifadə etməklə.Onda belə çıxacaq ki, qız sonra da kiminləsə, başqa bir adamla könüllü əlaqədə olub. Qoruyucusuz və ya keyfiyyətsiz qoruyucuyla. Yenə belə çıxacaq ki, qız, görəsən, hansı namusdan danışır və Məlikxanlını ittiham
edərək özünə qəsd edir?! Bu ağlabatan olmur axı?!
Polkovnik Qasımlı təəccüblə başını buladı:
- Sizin haqqınızda yüksək fikir söyləməyimə peşman olmağa başlamışam, Fazil müəllim! Bir anlıq təsəvvür edin ki, mən əks tərəfin vəkiliyəm. Onda belə bir ittiham irəli sürərdim: Məlikxanlı qızın bakirəliyini zorla pozandan sonra, hətta onu kiməsə, yad bir adama da ötürüb. Tutaq ki, sürücüsünə! Görürsünüzmü, bu daha da ağır səslənir. Belə olanda qızın o biri adamın adını məktubda qeyd etməyi elə də vacib deyildi. Əsas Məlikxanlıdır! Yenə deyirəm, Veneranın həmin məktubu hansı səbəbə görə yazmağını aydınlaşdırmalıyıq!
Qasımlı sözünü bitirib üzünü qapıya tərəf tutdu:
- Nuranə xanım, zəhmət olmasa, bizə qəhvə gətirin! - Sonra isə yenə
qonağına baxdı:

XəyanətМесто, где живут истории. Откройте их для себя