12

143 9 0
                                    

başı ilə salam verib, vəziyyətlə tanış oldu. Fotoqrafa meyitin və stolun şəklini çəkdirdi. Stəkanda qalan çayı ağzı kip bağlanan kiçik qaba töküb götürdülər. Stəkanın özünü və   isə dəsmalla götürüb bükdülər. Bu əşyaları blomlayıb portfelə qoydular. Bu zaman qonşulardan çağırdıqları iki hal şahidi də otaqda idi. Bütün bu işləri görüb qurtarandan sonra prokuror Nurəhmədova üz tutdu:
- İntihar olmağına elə bir şübhəm yoxdur. Ancaq stolun üstündən götürdüyümüz qələm, yəqin ki, yazı yazmaq üçündür, çay qarışdırmaq üçün yox! Bəlkə siz buradan nəsə bir məktub da tapmısınız?
Nurəhmədov bir qədər tərəddüd edib, intihar etmiş bacısı qızının yazdığı məktubu cibindən çıxartdı və prokurora uzatdı:
- Bu məktub stolun üstündən tapılıb...
Prokuror məktubu alıb şübhəli nəzərlə Nurəhmədova baxdı:
- Bəs niyə bunu əvvəldən göstərmədiniz?
- Oxuyun, özünüz başa düşərsiniz! - Nurəhmədov əsəbi cavab verdi.Prokuror bir söz deməyib məktubu səssiz oxumağa başladı. Məlikxanlının adına rast gələndə narahat halda başını qaldırıb ətrafdakılara nəzər saldı. Sonra məktubu oxuyub sona çatdırdı. Bundan sonra heç kəsə bir söz demədən onu zərfə qoyub möhürlədi. Bir qədər fikirləşib astadan dilləndi:
- Bu işlə respublika prokurorluğu özü məşğul olacaq. Meyiti
ekspertizaya götürün! Mən də təcili olaraq yuxarı məlumat verməliyəm. Onlar valideynləri heç bir sorğu-suala tutmadan meyiti də götürüb mənzildən çıxdılar. Blokun qarşısına yığılmış adamların qəmgin baxışları altında meyiti təcili yardım maşınına qoyub yola düşdülər. Nurəhmədov bacısını və onun ərini mənzildən çıxmağa qoymadı. Nelya xanımın halı yaman pisləşmişdi. Qardaşı onun özünə gəlməyini gözləyib, mənzildən çıxanda bir də təskinlik verdi:
- Dözümlü olun! İmkan tapsam, gecə gələcəm!
Doktor Muradzadə gəlib arvadının yanında - divanda oturdu. Dərdin ağırlığı onları divana elə sıxırdı ki, bir də qalxmalarına ümidləri
qalmamışdı. Ümidsizlik zülməti onları bürüyüb öz qoynuna almağa,həyatdan uzaqlaşdırmağa çalışırdı.Lakin belə vaxtlarda adamı ölməyə qoymurlar. Qalxmağa, yaşamağa, danışmağa məcbur edirlər: Qonşular, eşidib-bilən qohumlar mənzilə doluşurdular...

XəyanətWhere stories live. Discover now