121

71 1 0
                                    

azdan birdəfəlik qayıdıb burada iş tapar, xoşbəxt yaşayarsınız.
Nuranə də başını uşaqları ilə qatıb dözürdü.Əlikram Rusiyadan birdəfəlik qayıtdı. Ancaq çox pis qayıtdı. Cibi boş, üst-başı tör-töküntü... Üstəlik, içkiyə də qurşanmışdı.
Bax, onda Nuranə əvvəlki günlərinə şükür etməyə başladı. Əlikram gah fəhlə işlədi, gah bazarlarda hamballıq elədi, ancaq heç birindən bir şey çıxmadı. Qazandığı pul araqla siqaretə güclə çatırdı. O vaxtdan evi dolandırmaq Nuranənin öz üzərinə düşdü. Arzu edən xəstələrin evinə gedib iynə vurmaqla, pul qazanmağa başladı. Lazım olanda, Nemətgil də ondan öz yardımını əsirgəmirdi. Bəlkə də, uzun müddət beləcə yaşaya bilərdilər. Ancaq Əlikramın xasiyyəti getdikcə dözülməz olurdu. Evə pul gətirməməyi bir yana dursun, Nuranəni getdiyi evlərə qısqanır, onu acılayır, söyürdü. Nuranəni isə tanış-biliş, qonum-qonşu mərd xasiyyətli, qeyrətli bir gəlin kimi tanıyırdı. Çox qadınlar öz sirlərini onunla bölüşür, dərdini ona açırdı. Bilirdilər ki, başını kəssələr də, heç kəsə xəyanət edən deyil. Əlikram sutkalarla evdən çıxmır, Nuranənin də, uşaqların da gününü göy əskiyə bükürdü. Hər işə qarışır, hər xırda şeydən ötrü dava salırdı.İçki düşkünlüyü onu elə hala salmışdı ki, artıq, yataqda da əlindən bir şey gəlmirdi. Həmişə də Nuranəni günahkar görür, onu acılayırdı. Nuranədə isə əslində, heç bir günah yox idi. “Ərimdir!” deyərək, onun əxlaqsız istəklərinə belə tabe olmağa çalışırdı. Ancaq onsuz da xeyri yox idi... Üzünü həftədə bir dəfə yalvara-yalvara qırxdırırdı, paltarlarının həmişə təmiz və ütülü olmasına çalışırdı. Yeməyin yaxşısını və çoxunu onun qabağına qoyurdu. Kənarda isə onu müdafiə edir, nöqsanlarını gizlətməyə çalışırdı. Ancaq nə mənası?..

XəyanətWhere stories live. Discover now