81

60 2 0
                                    

Ruslan Zakirə gizlin göz vurub, yenə Yarəliyə baxdı:
- Əgər birdən, qudurub belə bir fikrə düşsən, sənin fikrincə,
neylərəm? Yarəli dinmədi. Qorxudan udqunurdu.
- Cavab ver, görüm!
- Başımı kəsərsiniz özü də haqlı...Ruslan güldü:
- Ə, ayıb olsun sənin üçün! Zakir müəllim də elə bilər, mən cəlladam, qəssabam, nəyəm?!
- Mən heç vaxt o fikrə düşmərəm...
- Yarəli mızıldandı.
- Əgər düşsən, bilirsən neylərəm? Yarəli gözlərini döydü.
- Tapşıraram, səni gecəykən yatağından götürərlər. Yatan vəziyyətdəyox ha, o namərdlik olar! Arvadınla qol-boyun olduğun vaxt! Ayıq vaxtında! Bir nəfər yekəqarın tez səni əvəz etməyə başlayar ki, arvadın duyuq düşüb hay-küy salmasın. Başqası isə səni çıxarıb aparar mənim Bakıdakı kolbasa seximə. Orada sənin ətindən kolbasa hazırlayıb gətirərlər və verərlər ailənə. Deyərlər ki, ayı ətindəndir. - Susub, sonra
ciddi şəkildə soruşdu.
- Neçə kilosan?
- Səksən kilo... - boğazı tamam qurumuş Yarəlinin səsi çox çətin çıxdı. Zakir də son dərəcə narahat halda bu xoşagəlməz söhbətin bitməsini
gözləyirdi.
- Hə... səksən kilo... - Ruslan fikrə getdi.
- Bunun yarısı zir- zibildir. Qalan yarısının da yarısı sürsümük. Deməli, düz iyirmi kiloqram təmiz
kolbasa çıxar səndən. Düzdür?

XəyanətWhere stories live. Discover now