5

191 11 0
                                    

Qızı ilə birgə keçirdikləri günlər nə vaxtsa bitəcəkdi və Venera hansısa
bir evin gəlini olacaqdı. Ariflə onun körpəlik illərini gözünün qabağına gətirdi.
- Vaxt, doğrudan da, necə sürətlə keçir, ay Əlisəttar?! Veneranı
doğum evindən çıxardığımız gün yadındadı?
- Hə... Elə bil dünən olub... - Muradzadə ah çəkdi.
Daha heç biri danışmadı. Deyəsən, hər ikisi keçmiş xoşbəxt günləri xatırlayırdı. Beləcə gəlib evə çatdılar.
Pillələri birinci qalxan Nelya xanım zəngin düyməsini basdı. Səsə gələn olmadı. O, təəccüblə ərinə baxıb, çantasından öz açarını çıxartdı. Ancaq
buna ehtiyac yox idi. Qapı bağlanmamışdı və
Muradzadə onu itələyən kimi açıldı. Hər ikisi narahat halda mənzilə daxil
oldular.Qızın otağına girəndə onları acınacaqlı bir mənzərə qarşıladı. Venera stolun yanında, arxası üstə döşəməyə sərilmişdi. Bərəlmiş gözləri tavana
zillənmiş, üzü qar kimi ağarmışdı. Atası yüyürüb əlini onun sifətinə toxundurdu. Dönüb, təsvir edilməsi qeyri-mümkün olan və normal
insanın düşmənə də arzulamadığı bir ümidsizliklə arvadına baxdı: Qız
çoxdan keçinmişdi...
Ərinin çarəsiz baxışından hər şeyi başa düşən Nelya xanım əllərini var qüvvəsi ilə dizlərinə çırpıb, tükürpərdici bir nalə çəkdi. Elə bir nalə ki, ona öz ürəyi tab gətirə bilmədi və əvvəlcə dizləri, sonra isə bütün bədəni döşəməyə dəydi.
Muradzadə onu birtəhər sürüyüb divana uzatdı və özünə gətirməyə çalışdı. Nəhayət, bədbəxt ana qalxıb divanda oturdu və dəli kimi ətrafa
boylanmağa başladı.
- Nə olub balama?...

XəyanətWhere stories live. Discover now