Ruslan ona, əli ilə getmək işarəsi verib, qızları diqqətlə süzməyə başladı. Qızların hər ikisi iyirmi yaşında olardı. Onlardan biri boy- buxunlu,sarışın qız idi. Əyninə qara cins parçadan şalvar, ağ rəngli, sinəsi açıq mayka geymişdi. Özünü Nara kimi təqdim etdi. Ruslan onun əsl adı ilə heç maraqlanmadı da! Və üzünü o biri qıza tutdu.Bu qız, nədənsə, ilk baxışdan Zakirə çox suyuşirin göründü. Qara saçları, iri, ala gözləri var idi. Əyninə qısa yubka geymişdi. Görünüşündən, təcrübəsizliyi hiss olunurdu. Deyəsən, belə işlərə təzə başlamışdı. Onu da
kişilərə Nara təqdim etdi. Adı Gülya imiş...
Ruslan Dadaşov Gülyaya Zakirin yanındakı boş stulu göstərdi:
- Sən orada əyləş və Zakir müəllimlə tanış ol! Canlara dəyən oğlandır.Sonra mənalı şəkildə Zakirə baxdı. Sanki soruşmaq istəyirdi ki, düz elədim? Zakir də baxışları ilə razılığını bildirdi. Ruslan Naram öz yanında otuzdurdu. Məclis getdikcə qızışırdı. Ruslan təkcə özü bir şüşə arağı boşaltmışdı. Zakirlə Nara arağı az-az içirdilər. Gülya isə heç içmirdi. Xüsusi olaraq, onun üçün gətirilmiş Şampan şərabının dadına baxırdı. Ruslan dalbadal lətifə danışır, Nara gülməkdən uğunub gedirdi.Zakirlə Gülya isə hörmət xatirinə gülümsəsələr də, lətifələrin biədəb məzmunu onları utandırırdı.Artıq hava tamamilə qaralmış, məclis nisbətən soyumuşdu. Heç kəs əlini yeməyə uzatmırdı. Qablar süfrəyə dolu gəlib, dolu da qaytarılırdı. Zakir yanında oturan qızla, tezliklə, tək qalmaq istəyirdi. Ancaq bu istəyini Ruslana bildirmək istəmirdi. Qorxurdu ki, Ruslan onu
«Görməmiş» hesab edər. Elə Gülya özü də darıxmağa başlamışdı. Hərdən
oğrun-oğrun yanındakı evciklərə baxırdı.
DU LIEST GERADE
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...