Asəf bu qəfil təklifdən həyəcanlandı. Gülafət xanımla təklikdə gecəni keçirmək ağlına batmadı. Əlbəttə, onlar ikilikdə az olmamışdılar. Ancaq
gündüzlər... Özü də belə yox...
- İstəyirsinizsə, sizi bacınızgilə aparım.
- dedi.
- Ya da ananızı bura
gətirim.
- Yox, Asəf, istəmirəm! Sən qal! Sən yanımda olsan, qorxmaram. İstəyirəm yanımda məni başa düşən bir adam olsun. Bezmişəm canımdan!Bunu deyib yenə də ağlamağa başladı. Asəf bu dəfə cəsarətlənib onun
əlindən tutdu. O biri əliylə isə, saçlarına sığal çəkdi.
-Axı sizə nə olub, Gülafət xanım? Nədən, kimdən qorxursunuz?
Gülafət əlini çəkmədi. Əksinə, başını Asəfin enli sinəsinə qoyub, ona sığındı:
- Ölmək istəyirəm, Asəf, ölmək!
-Xahiş edirəm, belə danışmayın...Asəf əlini onun belinə doladı. Gülafətin buna heç bir reaksiya vermədiyini
görəndə qanı cuşa gəldi. O, hələ də nə etdiyini, hansı vəziyyətə düşdüyünü dərk etmirdi. Təkcə onu anlayırdı ki, başını onun
sinəsinə söykəyən bu qadın bu saat yer üzündə onun ən doğma adamıdır!Elə yaxın oturmuşdular ki, Gülafət başını qaldıranda sifətləri bir- birinə
toxundu və Asəf özünə nəzarəti itirib onu öpməyə başladı. Yalnız bir neçə dəqiqədən sonra o, xoşbəxt bir sevinclə dərk etdi ki, əlçatmaz hesab etdiyi
Gülafət xanım bir qadın kimi onun olmağa etiraz etmir. Beynində sürətli fikirlər uçuşmağa başladı: “Yəni bu mümkündür? Yəni bu doğrudan da mümkündür? O, mənim ola bilər? Bəs Niyazi müəllim? Axı o mənə atalıq edib. Axı o mənim əziz adamımdır. Axı o mənə etibar edir?!
KAMU SEDANG MEMBACA
Xəyanət
Misteri / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...