İstədim, sizə baş çəkim, görüm necəsiniz..
- dedi.
- Niyazi müəllimin başına gələni, deyəsən, bilirsiniz...
- Bilirəm...
- Gülafət xanım dodaqlarını yalayıb, güclə cavab verdi.
- Düz iş görməyib. Biz kişilər beləyik. Qadından ötrü hər şeydən keçirik. Ancaq sizi kiməsə dəyişmək, doğrudan, düzgün iş deyil...Gülafət xanım dinmədi. Alt dodağını bərk-bərk dişləmişdi. Bütün bədəni gərgin vəziyyətdə idi. Gözləri Ruslanın sinəsinə zillənsə də, fikrən onun sol əlinin hərəkətlərini izləyirdi. Əl son nöqtəyə çatanda bədənindən keçən giziltiyə dözə bilmədi:
- Lazım deyil... Asəf indi bura gələcək...
Ruslan bir daha hər şeyi anladı. Anladı ki, bu qadına sahib olsa,
bu pis nəticə verməyəcək. Qorxulu bir şey yoxdur. Demir ki, dur rədd ol, cəhənnəm ol, deyir, Asəf gəlib görə bilər...
- Qapını bağlamışam, narahat olma! - dedi və əyilib onun dodaqlarından öpdü. Gülafət xanım özünü tamam unutdu. Bayaqdan ağlı ilə müharibə aparan dəhşətli ehtiras tam qələbə çalaraq, öz bayrağını ağlın ən yüksək zirvəsinə taxdı. Və beləliklə, qürurunun ən yüksək, varlığının isə ən dərin nöqtəsi zəbt olundu...Yarım saatdan sonra qapının zəngi çalındı. Gülafət xanım boğula-boğula «Asəfdir!..» dedi. Lakin Ruslan ona danışmağa imkan vermədi vəağzını öz kobud dodaqları ilə qapadı...Yenə qapının zəngi çalındı. Ancaq onu açan yox idi. Bir azdan Gülafət xanımın cib telefonu səslənməyə başladı. Asəf idi. Bilmək istəyirdi ki, Gülafət xanım onu özü çağırdığı halda, haraya çıxıb gedib?.. Telefon zənginə də cavab verən yox idi... Asəf dayanıb gözləməyə başladı. Sonra həyətə düşüb, bir az da orada
gözlədi. Arada Gülafət xanımın cib telefonuna zəng vururdu. Ancaq
telefonu götürən yox idi. Nəhayət, maşına minib bağa sürdü. «Bir azdan
zəng vurub, lazım olsa qayıdaram» - dedi. Lakin üç saat sonra, yenə
telefona cavab verən olmadı. Buna Gülafət xanımın
imkanı da yox idi...
Axır ki, saat 6-da ev sahibəsi telefonu götürdü. Ruslan indicə çıxıb getmişdi.
- Hə, Asəf?.. - səsindən çox yorğun olduğu bilinirdi.
- Gülafət xanım, mən gəlmişdim... Nə vaxtdır sizə zəng vururam,
götürmürsüz.
- Məni yuxu aparmışdı, Asəf, bərk yatmışammış...
- Nə olub, xəstəsiniz?
- Hə, xəstəyəm, Asəf, özümü yaxşı hiss etmirəm.
- Onda gəlirəm! - Asəf onun cavabını gözləmədən telefonu qapadı.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...