mötəbər görkəm verirdi. Gülşən qapıdan küçəyə nəzər salaraq, heç kəsi görmədi və geri dönüb tanımadığı oğlana yaxınlaşdı:
-Sizə kim lazımdır?
- Gülşən sizsiniz?
- oğlan suala sualla cavab verdi.
-Tutaq ki, hə...
- Gəlin, tanış olaq!
- oğlan ciddi şəkildə dilləndi.
- Adım Akifdir.
Veneranın qohumuyam...
- Bibisi oğlu?
- Gülşən cəld soruşdu.
-Tanıyırsınız?
- Adınızı eşitmişəm. Həm də toy şəkillərinizə baxmışam.
-Yəqin, siz qardaşımın şəklini görmüsünüz. Mən evli deyiləm.
- Veneraya nə olub?
- Gülşən əvvəldən verməli olduğu sualı verdi.
- Mən sizinlə söhbət etmək istəyirəm.
- oğlan cavabdan yayınaraq
qapıya baxdı.
- İmtahanınız nə vaxt qurtaracaq?
- Mən, artıq, çıxmışam.
- Onda, xahiş edirəm, gedək, haradasa, sakit bir yerdə oturaq.
- Onda... gedək parka!
- qız təklif etdi. Oğlan sanki onun üçün doğmalaşmışdı. Onlar yaxınlıqdakı parka girib, boş bir skamyada oturdular. Oğlan çox kədərli görünür, sanki danışmağa çətinlik çəkirdi. Söhbətə də kənardan başladı:
- Sizin adınızı çox eşitmişdim. Mən Veneragildə olanda, o sizinlətelefonda danışırdı. Bilirdim ki, onun ən yaxın rəfiqəsi sizsiniz. Ancaq onu da deyim ki, bu dərəcədə qəşəng olduğunuzu bilmirdim.
![](https://img.wattpad.com/cover/177089001-288-k808791.jpg)
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...