46

85 4 0
                                    

edəcəyi ilə hədələyir. Hələ onu demirəm ki, qızın dayısı bizim məslək, poqon yoldaşımızdır. Nurəhmədovu deyirəm. O da işə ciddi yanaşmağı xahiş edir. Ekspertizanın nəticələri barədə, yəqin ki, vəkil sizi məlumatlandırıb. Qaldı ki, əsas ekspertiza, necə olsa sabah
Məlikxanlını dəvət edib sperma məsələsini yoxlayacağıq. Bunun üçün artıq tibbi ekspert komissiyası yaradılır.
- Əgər icazə versəniz, mən həmin məktubun əslinə baxmaq istəyirəm.
- Qasımlı fikrini bildirdi.
- Buyurun, burada baxa bilərsiniz! - müstəntiq məktubu qovluğun arasından götürüb xəfiyyəyə uzatdı.
Sonra isə başqa qovluqdan bir qalın dəftər götürüb onu da Qasımlının qabağına qoydu:
- Bu da Muradzadə Veneranın ən sonuncu mühazirə dəftərlərindən
biridir. Tutuşdura bilərsiniz. Bizim ekspertlərimiz diqqətlə yoxlayıblar. Məktub yüz faiz qızın öz xətti ilə yazılıb.
Qanbay Qasımlı məktuba son dərəcə diqqətlə baxmağa başladı. Sonra kənarda qoyulmuş kiçik stolun arxasında oturmaq üçün müstəntiqdən icazə istədi. Əlibəyli etiraz etmədikdə keçib həmin stolun arxasında
əyləşdi. Məktubu və dəftəri qarşısına qoydu və elə bil o saat da harada olduğunu unutdu. O, məktubu zərrəbinlə müşahidə edir, elə bil orada nəsə
tapmağa çalışırdı. Sonra müstəntiqdən ağ vərəq istədi. Vərəqi alıb stolun üstünə qoydu. Cibindən çıxardığı şüşə qabdakı rəngli toz dərmandan
məktubun üstünə tökdü.
- Xahiş edirəm, sənədi korlamayın! Biz əl izlərini yoxlamışıq. - Ona
gözaltı diqqət yetirən müstəntiq dözməyib dilləndi.
- Yad izə rast gəlmisiniz? - Qasımlı başını qaldırıb soruşdu.

XəyanətWhere stories live. Discover now