- Bulvarda nahar etdik. Sonra məni metronun qabağında düşürtdü. Özüm elə istədim.
- Necə bilirsən, Gülşən,
- oğlan mehribanlıqla qıza baxdı.
- Onlar
evlənmək istəyirdilər?
- Əlbəttə!
- qız təəccüblə dilləndi.
- Venera tezliklə nişanlanmaqlarını
istəyirdi.
- Bəs Elnur?
- O deyirdi ki, universiteti qurtar, sonra!
- Elnur siqaret çəkirdi?
- Hə, çəkirdi.
- Sual qıza mənasız görünsə də, sakitcə cavab verdi.
Oğlan bir qədər susdu. Deyəsən, fikri qarşısından keçən qızlarda qalmışdı. Birdən, Gülşənə baxıb, qəfil soruşdu:
- Sən Niyazi Məlikxanlını tanıyırsan?
- Yoox...
- Gülşən təəccüblə çiynini çəkdi.
- Kimdi ki o?
- Deməli tanımırsan...
Gülşən bir qədər fikrə getdi.
- Deyəsən, adını eşitmişəm... Televizorda. Deputatdır?
- Yox!
- Oğlan başını buladı.
Susdular. Hiss olunurdu ki, Gülşən ondan ayrılmağa tələsmir. İlk tanışlıqlarına baxmayaraq, oğlandan xoşu gəlmişdi. Elə oğlan da, deyəsən, ona biganə deyildi. Başını qaldırıb Gülşəni məhəbbət dolu baxışlarla süzdü:
- Sən haralısan, Gülşən?
- Qaçqınıq... Ağdamdan. İndi mikrorayonda oluruq
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...