- Mən gedim,
- Asəf onun üzünə baxmağa utanırdı.
- Niyazi müəllim təkdir.
- Bəs mən tək deyiləm? - Gülafət mehribanlıqla soruşdu. - Belə
vaxtda məni tək qoyub gedirsən?
- O bildi ki, mən buraya gəlirəm. Məni axtaracaq. Həm də maşını
blokun qapısına yaxın saxlamışam. Sonra şübhələnərlər...
Asəf Gülafət xanımdan bayaq aldığı sonsuz ləzzətin təkrar olunmasını nə qədər istəsə də, qətiyyətini toplayıb qapıya getdi:
- Sağ olun! Bir şey lazım olsa, zəng vurun, gəlim!
- Sağ ol, Asəf...
- çarəsiz qalmış ev sahibəsi onun arxasınca baxdı.
Artıq saat doqquz olmuşdu. Gülafət qapını bağlayıb geri qayıtdı. Təklik
onu yenə öz narahat ağuşuna almışdı. Otaqdan-otağa gəzməyə başladı. Asəfin Niyazinin günahsız olması barədə dediklərini xatırlayırdı.Öz
-özüylə danışırmış kimi:
- Yəni doğrudan o, günahsızdır?
- deyə sual verdi.
- Bəs bu necə ola bilər axı?..Bu gün etdiyi hərəkətlər bütün çılpaqlığı ilə qarşısında durub mənasını açanda dəhşətə gəldi. Yataq otağına keçib ağzı üstə çarpayıya uzandı və için-için ağlamağa başladı.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...