- Qız onunla getmir. Bulvarda qaldı. Maşını izləmək lazımdır,
yoxsa?..
- Maşınla işin olmasın! Sən qızdan qələmi al!
- Qasımlı göstəriş verdi.
- Oldu, Qanbay müəllim!
«Daewoo» hərəkətə gələrək, «Mersedes»in yanından keçib uzaqlaşdı. Həmin an daha bir maşın sürətlə Mahirin maşınınınyanından keçib onun dalınca düşdü. Bu ağ rəngli «Volqa» idi. Mahirin fikri qızda olduğu üçün, nə «Volqa»nın sükanı arxasındakı dostu Neməti, nə də arxada oturmuş polkovnik Qasımlını gördü.O, maşını arxaya sürüb düz Gülşənin qarşısında saxladı və qapını açaraq onu içəri dəvət etdi. Gülşən keçib arxada əyləşdi və təəccüblə soruşdu:
- Sən hələ buradasanmış, Akif?
- Gördüyün kimi!
- Mahir maşını işə saldı.
- Əməliyyat necə keçdi?
- Yaxşı.
- Gülşən qələmi çantasından çıxarıb ona uzatdı.
- Ancaq
mənə elə gəlir ki, bu işdə Elnurun heç bir günahı yoxdur.
- Ola bilər!
- Mahir qələmi ondan alıb cibinə qoydu.
- Hansı
mikrorayonda yaşayırsınız?
- Doqquzuncuda,
- qız cavab verdi.
Mahir maşını birbaş mikrorayona sürüb Gülşənin yaşadığı evdən bir qədər
kənarda saxladı. Arxaya çevrilib mehribanlıqla Gülşənə baxdı:
- Mən sənə zəng vuran kimi yenə onunla görüşərsən. Deyərsən ki, qardaşım alışqanı tələb edir. Üzr istəyib onu geri alarsan. Düzdür, bəlkə də, bu sənin üçün çətin olacaq, ancaq sən bunu mərhum
rəfiqənə görə etməlisən.
- Yaxşı... - Gülşən maşından düşdü. - Hələlik!

YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...