50

85 7 0
                                    

VI fəsil
İlan öpüşü
Doktor Muradzadə yorğun və pərişan halda evə qayıdırdı. Piyada idi. Baş
vermiş faciənin sarsıntısından ayrıla bilmədiyi üçün bu gün öz maşınına
minməmişdi.Səhər müstəntiq Əlibəylinin qəbuluna getmişdi. Veneranın cəsədini hələ
vermək istəmirdilər. Tibbi ekspertiza işini qurtarmadığı üçün... Sonra ağır
sarsıntıdan xəstəxanada yatan Nelya xanımın yanında olmuşdu. Onun
vəziyyəti hələ normallaşmırdı. Doktor Moskvada oxuyan oğluna zəng
vurmaq istəmişdisə də buna ürəyi gəlməmişdi.
İndi yenə prokurorluqdan gəlirdi. Müstəntiq Səyavuş Nəzərlinin
yanından. O, Nəzərlinin arvadını müalicə edib sağaltmışdı. Xasiyyətləri
tutduğu üçün o vaxtdan aralarında dostluq münasibətləri yaranmışdı.
Səyavuş müəllim də Muradzadə kimi təmiz əqidəli və prinsipial adam idi.
Böyük hörmət bəslədiyi doktorun başına gələn müsibətdən hiddətlənən
Nəzərli, vəziyyətlə maraqlanıb bildirmişdi ki, istintaqı aparan Ramin
Əlibəyli işə çox ciddi girişib və Məlikxanlı, tutduğu posta baxmayaraq,
öz layiqli cəzasını alacaq.
Doktorun yuxusuzluqdan gözləri qızarmış, fikirdən və yor¬ğunluqdan
başında ağrı əmələ gəlmişdi. Paltarı əzilib qırışmışdı. Dünən axşamdan
dilinə heç nə dəyməsə də, yemək yadına düşmürdü. Özünü mənzilə
çatdırıb divanda oturmaq istəyirdi.
Blokun qapısı yanında maşına söykənib durmuş Ələsgər Atayevlə
rastlaşdı. Ələsgər həkim qabağa gəlib kədərlə salam verdi:
- Bu nə müsibətdi, doktor?
Muradzadə çiynini çəkib yerə baxdı. Kövrəldiyi üçün dostuna heç bir
cavab verə bilmədi.
- Səhər, eşidən kimi gəldim. - Atayev ah çəkib dilləndi. - Qapınız
bağlı idi. Telefonunuz da cavab vermədi...
- Qapımız elə bağlanmayıb ki, bir də açılsın.. - doktor kövrəldiyini
göstərməmək üçün dodağını bərk-bərk dişlədi.

XəyanətWhere stories live. Discover now