Cahangirov? Yox, o belə çirkin işə baş qoşa bilməz. Həm də, onu mənim yerimə təyin etməzlər... Kimdirsə, başqa adamdır bu işi təşkil edən... Elə adam ki, dediyim kimi, özünü real namizəd hesab edir, - bir qədər susub birdən səsini qaldırdı. - Ancaq bunu araşdırmaq sonranın
işidir. İndi ortalıqda bir qızın meyiti var, bir də bir məktub! İndi bu məktubda yazılanların böhtan olduğunu sübut etmək və mənim adımı təmizə çıxarmaq lazımdır. Mənə ən müəmmalı və ən dəhşətli görünən odur ki, bu it balası məni tanımadığı halda adıma böhtan yazıb və üstəlik də özünə qəsd edib!
- Bəs indi nə etmək istəyirsiniz? - Ruslan soruşdu və bir an düşünüb fikrini bildirdi: - Bəlkə qızın valideynlərini ələ alaq, ya prokurorluğa yol
tapıb işi bağladaq? Axı bir əxlaqsızın məktubu sizin boyda adamı ləkələmək üçün əsas ola bilməz?!
- Nə danışırsan?! - Məlikxanlı əlini yellədi. - Mənim üzərimdə azacıq da olsa şübhəli bir şey qalsa, ən azı vəzifəmi itirməliyəm. Sübuta yetirmək lazımdır ki, bu məktubda yazılanlar böhtandır, vəssalam! Başqa yolumuz
yoxdur!
- Əgər o qızın bakirəliyi pozulubsa, - Ruslan əli ilə alnını ovuşdurub dalğın halda dilləndi, - məktubda yazılanların böhtan olduğunu sübut etmək mümkün olmayacaq. Onsuz da indi əksəriyyət adamlar cinsi əlaqəyə girəndə qoruyucudan istifadə edirlər. Qız ölüb! Bir də
dirilməyəcək ki, sözlərini geri götürsün. Məktub isə göz qabağındadır!Məlikxanlı hüquqşünas dostuna qulaq asıb fikrə getdisə də heç nə demədi. Araya bir qədər gərgin sükut çökdü. Sonra ev sahibi gözlədiyi ikinci qonağın adını çəkib, onun haqqında qısa məlumat verdi:
-Asəfi yanına göndərib, bura dəvət etmişəm. Ancaq nədənsə, gəlib çıxmayır...
Ruslan Dadaşov başını yırğaladı:
VOUS LISEZ
Xəyanət
Mystère / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...