120

65 1 0
                                    

- Dilini dinc saxlaya bilmirdin?
- deyə soruşdu.
- Ay qız, o sənə nə dedi ki?
- Arzu məzəmmətlə Nuranəyə baxdı.Oğlan da artıq, danışa bilirdi:
-Atamın canı üçün, mən pis məqsədlə demədim...
- Cındırsan da, cındır! Elə səndən yaxşı yubka olar!
- Nuranə yenə dilini saxlamadı.
- Sən də canavarsanmış demə, bilməmişəm...
- Əlikram zarıdı.
Gülüşdülər. Əlikram beton döşəmənin üstündə oturmuş, o birilər də onun başına yığışmışdı. Qanın kəsilməyini gözləyirdilər. Beləliklə, aralarında əməlli-başlı tanışlıq yarandı. Oğlanlar neft
texnikumunda oxuyurlarmış. Axırıncı kursda. Özləri də rayon uşaqları imiş.Sonra tanışlıqları davam etdi və Nuranə indi anlaya bilmirdi ki, necə oldu, tezliklə Əlikrama ərə getməyə razılıq verdi. Bəlkə Əlikram, cəsarət göstərərək, ona qızlığını xatırladan ilk oğlan olduğu üçün qəlbini belə tez ələ ala bildi? Ola bilər... Axı o vaxta qədər Nuranəyə bir yetkin qız kimi baxanlar ancaq gizlicə köks ötürməklə kifayətlənmişdilər.
Hər necə olsa da, Nuranə tezliklə “hə” dedi və heç məktəbi də tam bitirməmiş evləndilər. Onda Əlikram artıq öz məktəbini bitirmiş, ancaq hələ iş tapa bilməmişdi. Kirayə ev tutdular və Əlikram alverə başladı. Öz rayonlarından olan bir nəfərə qoşulub Rusiyaya getdi.Deyəsən, əli yaxşı gətirirdi və az vaxtda, Bakıda üçotaqlı ev aldılar. Puldan korluq çəkmirdilər. Nuranə indi, hərdən, fikirləşirdi ki, heç o vaxtlar da yaxşı demək olmazmış onun həyatına. Əlikram evə üç aydan, beş aydan bir gəlib, ikicə gün qalaraq yenə Rusiyaya qayıdırdı. Təzə gəlin olan Nuranə gecələr qovrula-qovrula qalırdı. Sağ olsun, Fədayənin çox mənəvi köməyi olurdu ona. Deyirdi, darıxma, bir

XəyanətWhere stories live. Discover now