58

71 7 0
                                    

Qapı açıldı. Onlarla danışan qarayanız bir gəlin idi. On üç-on dörd yaşlı bir oğlan da gəlib onun yanında durdu.
-Allah rəhmət eləsin, ay qardaş! - qadın canıyananlıqla dilləndi. Biz də axşam eşitdik. Yazıq qız niyə öldürüb özünü, heç kəs bilmir...
- Xahiş edirəm, bizə kömək edin. - Qasımlı sakitcə dilləndi.
- Dünən siz bu bloka girən yad adam görmüsünüz?
- Yox, ay qardaş, yadıma gəlmir. Görməmişəm.
- Sizin oğlunuz dünən mənzillərdən pul yığırmış, düzdür?
- Bəli, hər ay Səmid yığır zibil pulunu. Zibilyığan gələndə yoldaşım verir onlara...
- Budur Səmid? - Qasımlı oğlanı göstərdi.
- Bəli, budur.
Polkovnik mehribanlıqla oğlana baxdı:
- Sən dünən doktorun ailəsindən də pul aldın?
- Bəli, aldım! - oğlan cavab verdi.
- Kimdən aldın pulu?
- Doktorun qızından.
- Qapını o açdı?
- Bəli! Dedim, iki min manat verin. O da dönüb kimdənsə bərkdən soruşdu ki, üstündə iki min manat var? Sonra otağa girib qayıtdı. Gətirib mənə bir “Şirvan” verdi. Mən də səkkiz min qaytardım.
- Pulları neylədin?
- Özümdədir. Hamıdan yığıb qurtarandan sonra atama verəcəm. Dünən üç-dörd mənzilin qapısını açan olmadı.

XəyanətWhere stories live. Discover now