Bayaqdan şəhərin dərd, kədər, ümidsizlik qatılmış isti havasından boğularaq mənzilinə yetişməyə tələsirdisə, indi də boş, kimsəsiz otaqların divarları onu sıxır, yaralı qəlbini əzirdi. Gözü divardakı ailəvi fotoya sataşdı. Orada altı yaşında olan qara, qıvrım saçlı Venera atasının qucağında idi. Əsəbləri onsuz da korlanmış doktor gözlərindən səssiz dolub-daşan, yanaqları boyu sü¬zülən göz yaşlarını çox çətinliklə saxlaya bildi. Qapının zəngini eşidəndə cəld vanna otağına girib əl-üzünü yudu. Dəsmalla qurulanıb, narahat halda qapını açmağa getdi. Gələnlər Qanbay Qasımlı ilə Fazil Məmmədli idilər. Ev sahibi onları tanımırdı. Qasımlı səmimiyyətlə görüşüb başsağlığı verdi və prokurorluqdan gəldiklərini söylədi. Fazilə də tapşırmışdı ki, Məlikxanlının vəkili olduğunu bildirməsin.
- Mən onun həbs olunduğunu nə vaxt eşidəcəyəm? - Muradzadə
hiddətlə soruşdu.
- Tezliklə! - Qasımlı ciddi şəkildə cavab verdi. - Ancaq onun
cinayətini sübut etmək lazımdır.
- Məgər o boyda məktub sübut deyil? - doktor istehzaqarışıq kinlə sual verdi.
- Sübutdur! Ancaq kifayət deyil. - Fazil söhbətə qoşuldu.
Doktor ona ani sərt nəzər salıb yenə polkovnikə baxdı:
- İndi məndən nə istəyirsiniz?
- Otağa keçmək olar? - Qasımlının səsində mehribanlıq var idi.
- Buyurun...
İntiharın baş verdiyi otağa keçdilər. Təcrübəli xəfiyyə otağa sürətli bir baxış keçirib, ağır sarsıntının təsirindən büzüşmüş Muradzadəyə baxdı:
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...