21

83 7 3
                                    

Onun haqqında eşitmişəm. Deyilənə görə çox hiyləgər və tərs
adamdır. Özünüz bilərsiniz, amma mən onun bu işə qoşulmasını məsləhət
görməzdim. O bu işə baş qoşdumu, hər şeyi qurdalayacaq. Hətta sizin
özünüzü tələyə sala bilər. Bir də ki, o, xəfiyyədir. Sizə isə bu saat xəfiyyə
yox, vəkil lazımdır.
- Düz demirsən, - Məlikxanlı etiraz etdi. - Mən bu saat elə bir dolaşıq işə düşmüşəm ki, mənə vəkildən də əvvəl onun kimi, necə ki
deyirsən, hiyləgər və tərs xəfiyyə lazımdır!
- Axı o bu məsələdə neyləyə bilər? Prokurorluqda işi hansı
müstəntiqə tapşıracaqlarsa, bizə o lazımdır. İşi düzgün araşdırıb, sizi təmizə çıxarsın. Ya da, hörmət edək, işi lazımi səmtə yönəltsin. Bir də ki, mən vəkillə danışaram!
Məlikxanlı istehzalı nəzərlə ona baxdı:
- Elə danışırsan, elə bil adi bir adam adi bir oğurluq üstündə ilişib. İşin kimə tapşırılacağını soruşursansa, qəribə də olsa, bu artıq məlumdur. Ramin Əlibəyli götürüb işi! Yəqin onun barəsində eşidərsən. Görürsən də, necə operativ işləyirlər?! Get indi «hörmətini» elə görüm necə eləyirsən?! Onu da deyim ki, o, özbaşına olmayacaq. Bu işdən prezident özü xəbərdar deyilsə də, sabah hökmən xəbərdar olacaq. Yaxşı ki, indi rəsmi səfərdədir. Qayıdan kimi iş nəzarətə götürüləcək. Biz
təxirəsalınmaz və düzgün addımlar atmasaq, mən batdım. - Məlikxanlı sözünə ara verib darvazaya tərəf baxdı. Onun nə qədər daxili həyəcan keçirdiyini Ruslan açıq-aydın duyurdu. - Ona görə də onu bu işə cəlb etmək istəyirəm. Nə qədər istəsə verəcəm. Təki bu işi boynuna götürsün və məni bu biabırçılıqdan xilas etsin. Mən tək özümü fikirləşmirəm, bu
ləkə üstümdə qalsa, Zakir də ömrü boyu başıaşağı olacaq!..
Məlikxanlının səsi titrədi. Həyəcanını gizlətmək üçün bir siqaret yandırıb
çəkməyə başladı.

XəyanətOpowieści tętniące życiem. Odkryj je teraz