39

81 5 1
                                    

jurnalist Nemət Sabirlinin arvadı Fədayə müəllimənin qohumu idi. Daha doğrusu, doğmaca əmiqızı idilər. İyirmi səkkiz yaşlı, bir az arıq, normal boylu bu qadın ərindən bir il olardı ki, boşanmışdı. Əri içki düşkünü imiş. Onun kobudluğuna və nalayiq hərəkətlərinə dözməyən Nuranə Fədayənin məsləhəti ilə boşanma iddiası qaldırmış, ayrılandan sonra üçotaqlı mənzillərini iki birotaqlı mənzilə dəyişmişdilər. İndi Nuranə doqquz yaşlı oğlu və yeddi yaşlı qızı ilə həmin mənzillərin birində yaşayırdı. İxtisasca tibb bacısı idi. Ancaq az əməkhaqqı verdikləri üçün bu sahədə işləmirdi. Qasımlıya qulluq etməyi də Fədayə məsləhət görmüşdü. O, qonşusunu Nuranəyə o qədər tərifləmişdi ki, Nuranə belə mərd adamın evində qulluqçuluq etməklə mənliyinə xələl gəlməyəcəyinə inanmışdı. Elə Qasımlının özünü də razı salmaq üçün Nemət işə qarışmışdı. O,
Nuranənin səliqəli, işgüzar və tərbiyəli bir qadın olduğunu dostuna söyləmişdi. Nemət istəyirdi ki, böyük hörmət bəslədiyi Qanbay müəllim ev işlərinin əziyyətindən qurtarsın. Onsuz da onun heç vaxt evlənməyəcəyini bilirdi. Qasımlının fikri qəti idi. İkinci dəfə evlənib ailəsini qorxu və narahatlıq içində yaşatmaq istəmirdi. Qasımlı Nuranədən narazı deyildi. Ona inamı yarandığı üçün mənzilin bir açarını da ona vermişdi. Qadın öz işini intizamla görürdü.
Ən əsası da o idi ki, Qasımlıya mane olmurdu. Bu altı ayda Nuranə onunla üst-üstə on dəqiqə danışmamışdı. Ancaq «salam!», «Sağ olun!» və bu kimi sözlər, vəssalam!
Diqqəti qəzetdə olan Qasımlı birdən üzünə dikilən baxışları hiss edib başını qaldırdı. Nuranə qapının ağzında durmuşdu. Özünü itirən qadın elə bil nə deyəcəyini unutdu və kosmetikasız da pis görünməyən təmiz sifətinə qızartı çökdü. Titrək dodaqları səyridi.
- Qəhvə içirsiniz? - deyə nəhayət dilləndi.

XəyanətWhere stories live. Discover now