olacağını deyib dururdular. Ancaq elə uşaqlıqdan adamayovuşmaz,
qaraqabaq idi. Yoldaşlarına qətiyyən qoşulub eləmirdi.
Qanbay beşinci sinifdə oxuyanda yaşadıqları binada qaz partladı və valideynlərinin hər ikisi həlak oldu. Həmin vaxt həyətdə olan uşaq təsadüf nəticəsində sağ qaldı. Bakıda elə bir yaxın qohumları yox idi və heç kəs yaxın durub saxlamadığı üçün onu yetimlər evinə verdilər. Yetimliyin
bütün əzab-əziyyətini görə-görə böyüyən Qanbay əsgəri xidmətə
göndəriləndə Moskvaya düşdü. Daxili qoşunlarda keçdiyi ikiillik xidmət zamanı onun fitri istedadını, intizamlılığını, sərrast atıcılıq qabiliyyətini görüb xidmətini başa vurandan sonra Ali Milis məktəbinə göndərdilər. Məktəbi qurtaran kimi cinayət-axtarış şöbəsində işə qəbul etdilər. O vaxtdan onun qızğın, çətin və maraqlı günləri başlandı. Axtarışlar, döyüşlər, vuruşmalar... Ancaq o bu ağır peşəni sevdi və ona bağlandı. Biliyini və bacarığını artırmaqdan da qalmırdı. Oxuyurdu, təcrübələr,
eksperimentlər aparırdı, məşqlər edirdi, bilmədiklərini təcrübəli
əməkdaşlardan soruşub öyrənirdi. Ad- sanı ilə bərabər, rütbəsi də sürətlə artırdı. Artıq gənc Qanbay Qasımlı podpolkovnik rütbəsində idi. Cinayətkar aləmdə ondan qorxurdular.
«Qara xəfiyyə» adı vermişdilər ona. Neçə dəfə şərləmək, neçə dəfə öldürmək istəmişdilər, ancaq heç nə alınmamışdı. Heç bir gizli və aşkar hədə-qorxu ona təsir etməmişdi. Axırda son dərəcə tərsliyini görüb, ondan əl çəkmişdilər. Ancaq cinayətkar aləmdə «Qara xəfiyyə»yə rəğbət
göstərənlər, hörmətini saxlayanlar da az deyildi. Çünki heç vaxt namərd hərəkət etmir, rüşvət almırdı.
Həmin vaxtlarda təsadüfi tanış olduğu Olqa adlı bir tatar qızı ilə evləndi. Ondan bir qızı da oldu. Qızına Tahirə adını qoydu - öz anasının adını. Qasımlı ailəsini çox sevirdi. Axşamlar evə gec gələndə körpə qızını yatmış görür, onun üzündən öpməmiş yemək süfrəsinə oturmurdu. Orta
məktəbdə müəllimə işləyən Olqa da ərini çox sevirdi. Gecələr evə nə
![](https://img.wattpad.com/cover/177089001-288-k808791.jpg)
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...