106

60 0 0
                                        

Gülşən deyilən tərifə tam layiq olmasa da, suyuşirin bir qız idi. Oynaq və şux bədən quruluşu var idi. Üzündə kiçik sızanaqların olmasına baxmayaraq, sifət cizgiləri cəlbedici idi. Ancaq dodağına boya çəkməsəydi, belə zövqsüz çəkməyindən daha yaxşı görünərdi.
- Sağ olun!
- oğlanın tərifi ona çox xoş gəlmişdi.
- Ancaq heç
demədiniz, Veneraya nə olub?
-Venera srağagün, evdə özünü zəhərləyib...
- oğlan kədərlə cavab verdi.
- Nə danışırsınız?!
- Gülşən dəhşətlə oğlana baxdı.
-Bəli...
-Axı nə üçün?
- Bilinmir... Elə ona görə də Əlisəttar dayının, yəni Veneranın atasının tapşırığı ilə gəlib sizi tapdım ki, onun bizə məlum olmayan həyatı barədə sizdən öyrənim. Siz onunla bacı kimi olmusunuz. Deməli, bizim üçün də özgə deyilsiniz. Odur ki, xahiş edirəm, kömək edin, onun özünə qəsd etməsinin səbəbini bilək!
- Siz nə işləyirsiniz?
- qız gözlənilmədən soruşdu.
- Bizneslə məşğulam.
- Mən sizə kömək etməyə hazıram. Ancaq mənim nə köməyim ola bilər?
- Deyin görüm, onun gəzdiyi oğlan var idimi?
- Hə, var idi...
- Gülşən cavab verdi.
- Elnur adında oğlanı sevirdi. Elə
sizin yaşda olar... Elnur Qatarlı eşitmisiz?
- Yox! - müsahibi başını buladı.
- Jurnalistdir. Qəzetdə hekayələri də çıxır.
- Rast gəlməmişəm.
- Oğlan çiynini çəkdi.
- O da sevirdi Veneranı?

XəyanətCerita yang bikin terobses. Temukan sekarang