117

60 2 0
                                    

- Sağ ol, Gülşən, sənə çox minnətdaram! Qızdan ayrılıb, geri qayıdanda, telefonu zəng çaldı. Qasımlı idi. Tapşırdı ki, qələmi təcili Fazil Məmmədliyə çatdırsın. Vəkil isə onu müstəntiq Ramin Əlibəyliyə verməli, ekspertlər ondakı əl izləri ilə əvvəlcədən müstəntiqə verilmiş stəkanla puldakı əl izlərini tutuşdurmalı idilər.
XIII Fəsil
Nuranə Nahar qurtaran kimi Nuranə qalxıb süfrəni yığışdırdı. Bu işdə balaca Nuray da ona kömək edirdi. Ana süfrəni dəsmalla silib uşaqlara tapşırıq verdi:
- İndisə, əllərinizi yuyun, gəlin oturun, bir az oxumaqla, yazmaqla məşğul olun!
Bu il dördüncü sinfə keçmiş Tural kitab-dəftərini gətirib stolun arxasında oturdu. Nuray isə çantasını ələk-vələk edirdi. Tural, yadına indi düşübmüş
kimi, birdən dilləndi:
-Ata gəlmişdi... Qapını Nuray açdı!
- Hə, Nuray?
- anası ona tərəf məzəmmətlə baxdı.
Nuray günahını başa düşürmüş kimi, könülsüz dilləndi:
- Elə-belə gəlmişdi. Məni görməyə... Konfet verdi.
- Mən heç görüşmədim!
- Tural bərkdən dedi.
Nuranə başını buladı:

XəyanətDonde viven las historias. Descúbrelo ahora