17

128 8 0
                                    

Gözucu Asəfə baxdı. Hündürboy, qolsuz köynəyindən qüvvətli əzələləri  aydın görünən gənc sürücü yenə maşının yanında
dayanmışdı. Ona etibar etmək olardı. Sadiq, həm də zirək oğlan idi. Altı il yapon güləşi ilə məşğul olmuşdu. Həm də, şübhəsiz ki, silahlı idi.O, Asəfin xətrini çox istəyirdi. Demək olar ki, Zakirdən ayırmırdı onu.Bilirdi ki, Asəfdə onun yolunda, lazım gələrsə, ölümə gedə bilər.
Oturuşunu-duruşunu, tərbiyəsini də çox bəyənirdi onun. Ümumiyyətlə,
hər şeyin yerini bilən oğlan idi Asəf. Gülafət xanımla danışanda elə danışırdı ki, elə bil üçüncü sinif şagirdi müəlliməsi ilə danışır. Elə Asəfin
həyat yoldaşı Aybəniz də qanacaqlı gəlin idi.
Məlikxanlı Asəf üçün şəhərdə üçotaqlı mənzil almış, öz malikanəsindən bir qədər uzaqda ikimərtəbəli bağ evi tikdirmişdi. Özünü də instituta
düzəltdirmişdi. Bu il üçüncü kursu bitirirdi. Məlik- xanlını gəzdirdiyi «BMW» də Asəfin öz adına idi. Əlbəttə, bu işlərin hamısını o, Ruslanın vasitəsilə gördürmüşdü. Özü belə işlərə baş qoşan deyildi. Küçədən gələn xəfif maşın səsi Məlikxanlını fikirdən ayırıb darvazaya
baxmağa məcbur etdi. Sanki hər şey, hətta bütün həyatı gözlədiyi adamlardan asılı idi. Yalnız həmin iki adam ona doğru yol göstərə bilər, onu batdığı dərin quyudan dartıb çıxara bilərdi.
Kəsik siqnal səsini eşidən Asəf cəld irəli atılıb darvazanı açdı.
Boz rəngli bir «Nissan» həyətə daxil oldu. Asəf yenidən darvazanı bağladı. Maşından orta boylu, qıvraq, çopur sifəti təmiz qırxılmış bir kişi
düşdü. Başını da az qala təmiz qırxdırmış, olduqca qısa saç saxlamışdı. Qırxa yaxın yaşı olardı. İri burnu, bir qədər irəli çıxmış çənəsi sifətini
zəhmli və qətiyyətli göstərirdi. Geydiyi açıq mixəyi rəngli köynəyin üstündən tünd mixəyi qalstuk taxmışdı. Qalstuka keçirilmiş qızıl sancaq və barmağına taxdığı iri qızıl üzük həyətə düşən gur işıqda parıldayırdı.

XəyanətWhere stories live. Discover now