19

106 7 1
                                    

Həmişə iri dodaqlarını gəmirirdi. Baxana elə gəlirdi ki, saqqız çeynəyir.
İti gözlərindən heç nə yayınmırdı. Xüsusilə də gözəl qadınlar. Bu işdə
onun böyük təcrübəsi var idi. Ancaq özü indiyə qədər subay gəzirdi.
Bütün işləri yoluna qoyana qədər evlənməyə ehtiyac duymurdu.
Ruslan Dadaşov əlini qaldırıb salmaqla, kənardan Asəfə salam verib stola
yaxınlaşdı. Məlikxanlı ilə əl tutub iki boş stuldan birində oturdu.
- Xeyir ola, Niyazi müəllim? - deyə soruşdu.
- Xeyir deyil, Ruslan! - ev sahibi kədərlə dilləndi.
- Nə olub axı? - Ruslan təəccübləndi.
Məlikxanlı məsələni bildiyi kimi dostuna anlatdı. Nə qədər sakit danışsa
da, özündən asılı olmayaraq, sözünü çox əsəbi halda yekunlaşdırdı:
- Hansısa fahişə, cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi, məni
də öz arxasınca aparmaq istəyir!
Ruslan ona diqqətlə qulaq asıb başını buladı:
- Bu nə pis oldu?! Siz o qızı tanıyırsınız?
- Yox, tanımıram! - Məlikxanlı başını yelləyib cavab verdi. - Atasını
da elə-belə!.. Adını eşitmişəm... Sən ki, mənə inanırsan?!
- Əlbəttə inanıram! Lap özüm qədər inanıram. Ancaq... bu necə ola
bilər axı? Sizə qarşı belə şantaj hazırlamaq kimə lazımdır?
- Mən də baş aça bilmirəm... - Məlikxanlı çənəsini sığallayıb dalğın halda cavab verdi. - Əgər bu plan mənim vəzifədən getməyim
üçün qurulubsa... deməli, kimsə özünü mənim yerimə real namizəd hesab
edir. Ancaq mən belə bir adam görmürəm axı?!
- Bəs birinci müavininiz? - Ruslan mənalı tərzdə qeyd etdi.

XəyanətNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ