75

66 3 0
                                    

Gəncədə Ruslanın bir neçə obyektinə baş çəkəndən sonra ətrafdakı rayonların birinə getdilər. Ruslan maşını rayon mərkəzindən bir qədər kənarda, meşəliklər içində yerləşən geniş həyətli bir restorana sürdü. Hələ ora çatmamış, rayonun nüfuz sahiblərindən kiməsə cib telefonu ilə zəng vurub, restorana iki qız göndərməsini tapşırdı.Zakirin o saat dalağı sancdı. Onun qəfil tanışlıqlardan xoşu gəlmirdi. Belə vaxtlarda özünü sərbəst aparması üçün təcrübəsi yox idi. Ancaq özünə bir az da təskinlik verdi ki, günortadan keçməsinə baxmayaraq, axşama çox var idi və bir neçə saat vaxtını şən keçirib, bəxtinə düşən qıza öyrəşə bilərdi. Maşını birbaş restoranın həyətinə salan Ruslan:
- Burada yaxşı yemək verirlər, - dedi.
Maşından düşən kimi, ağacların kölgəsinə qoyulmuş stollara yemək daşıyan bir oğlan Ruslanı tanıyıb içəri qaçdı. Bir dəqiqə keçməmiş, hələ gənc olmasına baxmayaraq, xeyli kökəlmiş,yekəqarın bir kişi özünü tələsik qonaqlara yetirdi. Hər ikisi ilə ikiəlli
görüşüb:
- Xoş gəlmisiniz! - dedi.
Ruslan yekə dodaqlarını gəmirə-gəmirə ətrafına boylanıb:
- İşlər qaydasındadır? - deyə soruşdu.
- Bəli, Ruslan müəllim. Allaha şükür
- Dərədəki stol boşdu?
-Xeyr. Bir-iki rayon uşağıdı. Bu saat boşaldarıq!
- Boşaldın! Sonra yaxındakı iki otağı da hazırlayın! Qızlar gələcək. Onları yanımıza gətirərsiniz!

XəyanətWhere stories live. Discover now