7

167 10 0
                                    

Ata! Ana! Mən sizi çox sevirəm! İnanın ki, istəməzdim sizə dərd verəm. Ancaq belə də yaşaya bilmərəm. Bağışlayın məni. Mənim üçün dərd
çəkməyin. Özünüzü üzməyin! Əlvida! Sizin bədbəxt qızınız Venera”.
Dəhşətdən bədəni qıc olmuş ata yavaş-yavaş divana çökdü.
“Allah, bu nə işdi mənim başıma gəldi?! Bu nə faciədir?., nazir Məlikxanlı hara, mənim qızım hara?...”
Arvadı dartıb məktubu onun əlindən aldı və sətirlərə sürətlə göz gəzdirməyə başladı. Məktubda yazılan hər bir söz güllə olub sinəsinə
dəyir, hər sətir nizə kimi bədənini dəlib-deşirdi. Oxuyub qurtaran kimi
ayağa qalxıb çığırmağa başladı:
- Balamın ölümünə bais olanı parça-parça edəcəm! Lap kim olur olsun!
Dişlərimlə didib-parçalayacam o biqeyrəti!
Nelya xanım özünü meyitin üstünə atmaq istəyirdi ki, əri qalxıb ona mane
oldu. Vərəqi alıb stolun üstünə qoydu və arvadını divanda oturmağa məcbur etdi.
- Özünü ələ al! Sakit ol!.. Polisə zəng vurmaq lazımdır!
- Həsənağaya zəng vur!.. - Divanda oturub çətinliklə nəfəs alan Nelya
xanım ağır-ağır dilləndi.
Polkovnik-leytenant Həsənağa Nurəhmədov Nelya xanımın qardaşı idi. Şəhər polisində işləyirdi.
-Yaxşı, yaxşı, ona zəng vuraram...
Muradzadə telefon aparatına yaxınlaşıb, əlləri əsə-əsə qaynına zəng vurdu
və baş vermiş faciəni bildirdi. Sonra dəstəyi yerinə qoyub qızının soyumuş cəsədinə tərəf addımladı. Dizi üstə çöküb onun solmuş çöhrəsinə
tamaşa etdi. Venera nazik yay paltarında idi. Çox sevdiyi bənövşəyi rəngli donunu geyinmişdi. Bu paltarın ona yaraşdığını doktor özü də dəfələrlə

XəyanətDonde viven las historias. Descúbrelo ahora