18

97 7 1
                                    

Bu adam Məlikxanlının ən etibarlı sirdaşı, hüquqşünas Ruslan Dadaşov idi. Məlikxanlı zavodda direktor işləyəndə Ruslan onun işçisi olmuşdu. Elə o vaxtdan möhkəm sədaqətinə və qeyri-adi rəhbərlik bacarığına görə Məlikxanlının diqqətini cəlb etmiş, on il yaş fərqləri olmasına baxmayaraq, aralarında dostluq münasibəti yaranmışdı.
Sonralar Məlikxanlını daha yüksək pillələrə irəli çəkməyə başladılar. Ruslanı öz yanına hər hansı vəzifəyə aparmaq istəsə də, Ruslan razılaşmadı və zavoddan çıxıb, bizneslə məşğul olmağa başladı. İndi özünün neçə kafesi, restoranı, supermarketi, şadlıq sarayı var idi. Bu ilki deputat seçkilərində öz namizədliyini verməyə hazırlaşırdı.Qazandığı müvəffəqiyyətlərdə Məlikxanlının əvəzsiz köməyi
olmuşdu. O da öz növbəsində, hüquqi məsələlərdə dostuna kömək edir, onun şəxsi müəssisələrində işlərin gedişinə birbaşa rəhbərlik edirdi. Bu irili-xırdalı müəssisələrin isə çox uzun bir siyahısı vardı ki, bir ucu gedib ucqar kənd rayonlarına çıxırdı. Əlbəttə, hamısı ayrı-ayrı adamların adına
sənədləşdirilmişdi.
Ruslan Dadaşov bütün bu obyektlərə çox ustalıqla nəzarət edirdi. Onu aldatmaq qətiyyən mümkün deyildi və bu heç kəsin ağlına da gələ bilməzdi. Əgər Ruslan olmasaydı, onun kimi bacarıqlı və sadiq adamı olmadığı üçün, Məlikxanlı öz obyektlərinə özü nəzarət etməli olacaqdı. Onda isə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması sin kimi qalmayacaq, haqqında söz-söhbət yaranacaqdı. Ya da ki, obyektləri hansısa bacarıqsız adama tapşıracaqdı ki, bu da onların gec-tez dağılmağına səbəb olacaqdı. Ruslan isə obyektləri çox gözəl idarə edirdi və ildən-ilə artan gəlir, bir manatına da xəyanət edilmədən Məlikxanlıya çatdırılırdı. Bir sözlə, Ruslan Dadaşov Məlikxanlının Gülafət xanımdan və Zakirdən sonra ən yaxın, ən etibarlı adamı idi.

XəyanətWhere stories live. Discover now