O bilirdi ki, Moskva yaxınlığındakı İvanovka kəndində yaşayan Mariya
adlı erməni qadın əvvəllər Sergeyin məşuqəsi və dəstənin əhəmiyyətsiz bir üzvü olmuşdu. Sonradan Sergey onu bir məşuqə kimi atdığı üçün, o da dəstədən aralanıb unudulmuşdu.Hər şeydən əli üzülən Qasımlı həyatında ilk dəfə özünün namərdlik hesab etdiyi addımı atmaq qərarına gəldi. Bir neçə tanış müxbirə zəng vurub bildirdi ki, Sergeyin dəstəsinin ələ keçirilməsi ilə əlaqədar müsahibə verməyə razıdır. Qəzet müxbirləri nə qədər istəmişdilərsə də, bu barədə
Qasımlıdan müsahibə ala bilməmişdilər. Ümumiyyətlə, Qasımlı həmişə reklamdan, səs-küydən qaçmışdı. İndi isə bir-birindən xəbər tutan xeyli müxbir tökülüb gəldi. Qasımlı əməliyyat haqqında bir neçə qısa məlumat verəndən sonra bir jurnalistin sualına cavab olaraq bildirdi:
- Bilirsiniz, mən sizə səmimi demək istəyirəm. Dəstəni ələ
keçirməkdə mənə dəstə başçısının məşuqəsi olmuş Mariya adlı qadının çox köməyi oldu. O olmasaydı, mən bu işin öhdəsindən gələ bilməzdim. O bunu yalan deyirdi və bandanın ələ keçməsində Mariyanın heç bir rolu
olmamışdı.
- O qadın indi haradadır? - deyə jurnalist sual verdi.
- Gərək məndən inciməyəsiniz, bunu deyə bilməyəcəm...
- Bu doğrudurmu ki, sizin ailə üzvlərini qətlə yetirən Sergey
Babayandır?
- Bəli. Şəxsən mən belə düşünürəm.
- Bəs onun axtarışı barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, biz onu axtarmaq imkanından hələlik məhrumuq. Bizə çatan bəzi məlumatlardan aydın olur ki, Babayan həmin hadisəni törətdiyi günün səhəri xaricə qaçıb
![](https://img.wattpad.com/cover/177089001-288-k808791.jpg)
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...