37

74 7 1
                                    

nəzərində isə, sözsüz ki, pis adam mənəm!».
* * *
Hə... Axı o, ətir haqqında düşünürdü. Olqa o vaxt hansısa iki ətri qarışdırıb özü üçün məxsusi ətir düzəltmişdi. Son vaxtlar ondan istifadə edirdi. Son vaxtlar... Odur ki, az istifadə etdi o ətirdən. Təsadüfə bir bax!
Məlikxanlının arvadı da həmin ətirləri qarışdırmışdı.
Qasımlı buna yüz faiz əmin idi. Deməli, elə buna görə bu qadın Qasımlıya belə doğma gəlmişdi...Qadının mehriban baxışlarını xatırladı. Hər cür qaniçən canilərlə göz-gözə gəlmiş, Rusiyanın qarlı meşələrində neçə dəfə qanlı atışmalarda olmuş, ölüm kabusunun qoynunda günlər keçirmiş bu möhkəm adama elə gəldi ki, həyata baxışında dəyişikliklər baş verir. Elə bil ona çoxdan yad olan bir dünyanın qapıları üzünə açılırdı. Bu dünyada beyni
dumanlandıran məhəbbət var idi. Bu dünyada hər şey yaxşı idi. Nəcinayətkar var idi, nə cinayət!..
Lakin, yox! Bu mümkünsüz və lazımsız bir şeydir! Qanbay müəllim
xəyanət edə bilməzdi! O müqəddəs xatirələrə, ona etimad bəsləyən
Məlikxanlıya, ən əsası isə polkovnik Qanbay Qasımlıya!
Polkovnik Qasımlı isə yeni əməliyyata başlayırdı. Qarşıda olduqca çətin
bir məsələ dururdu: Məlikxanlını şərin caynaqlarından qurtarmaq! Onu,
üzərinə yaxılmış bu qara ləkədən təmizləmək!
Əgər bu ləkə daxildə isə? Məlikxanlı günahkarsa? Amma əgər Məlikxanlı, həqiqətən o qızın namusunu ləkələyibsə, bəs niyə Qasımlıya
müraciət edir? Özü də başqasına yox, məhz Qasımlıya! Yoxsa o elə hesab edir ki, Qasımlı ilə zarafat etmək olar?!
- Sizə nə olub, Qanbay müəllim? - Mahir Talıbovun səsi onu
düşüncələrdən ayırdı. Artıq Qasımlının yaşadığı binanın qarşısında idilər.
- Mənə heç nə olmayıb. - Polkovnik sakitcə dilləndi. - Biz sabahdan
ciddi təhqiqata başlayırıq. Bu işdə sənin də köməyin lazım olacaq.
- Mən həmişə sizin qulluğunuzda hazıram! - Mahir həvəslə cavab
verdi.
- Onda sabaha qədər!
Qasımlı maşından düşüb ağır addımlarla bloka girdi. Bina sakinləri
çoxdan şirin yuxuda idilər. Mənzilin qapısını açıb içəri daxil oldu. İşığı
yandırıb, qəhvə hazırlamaq üçün mətbəxə keçdi.

XəyanətWhere stories live. Discover now