85

61 3 0
                                    

Bilmirəm... - Zakir əsəbiləşirdi. Keçirəcəyi xoş gecə əlindən
çıxmışdı. - Yat! Və bir də belə yerlərə gəlmə!
- Daha onsuz da gəlmişəm... - qız bunu deyib yorğanın altında Zakirin əlini bərk-bərk sıxdı.
Zakir başa düşdü ki, qız onun inadını sındıracaq. Sonrası isə... O, sonrasından qorxurdu... Cəld ayağa qalxıb, çölə çıxdı. Ruslan öz otağının
qabağında, açıq havada yarıçılpaq dayanıb siqaret çəkirdi.
- Niyə çıxdın? - deyə Zakirdən soruşdu.
- Bu qız tanıdı məni... Yaxşı deyil...
- Onda, sən keç burada yat! - Ruslan öz otağını göstərdi. İlk anda bu onun ürəyindən oldu. Ancaq tez də fikirləşdi: «Axı necə olmasa...» Gec idi! Artıq onun otağına gedən Ruslanı arxadan
səslədi:
- Məndən söhbət salmayın!
Ruslan:
- Uşaq deyiləm! - deyib, Gülçöhrə yatan otağa daxil oldu.
Zakir Nara yatan otağa girib qızın yanında uzandı. Əlini ona
uzadan kimi yarıyuxulu qız:
- Bəsdir daha, mən yorulmuşam, yatmaq istəyirəm! - dedi və üzünü divara çevirib, dərhal yuxuya getdi. Zakirin Naram oyatmağa heç həvəsi də yox idi. Çox yeməkdən ağır-ağır nəfəs alan qız gözündən düşmüşdü. Ancaq özü səhərəcən fikirlərin
əlindən yata bilmədi.
Gülçöhrə barədə düşünürdü... Onu Ruslana verməyinə peşman olmuşdu.
Qızın hələ üzlər görməmiş məsum üzünü və incə dodaqlarını gözünün

XəyanətWhere stories live. Discover now