49

83 4 0
                                    

- Nəyə qatılıbmış?
- Bir stəkan çaya.
- Çaydan nə qədər içilibmiş?
- Hamısı. Stəkanın dibində lap az qalıbmış.
- Stəkan haradan tapılıb?
- Stolun üstündən.
- Nəlbəkinin içində?
Deyəsən, müstəntiqin səbri daralırdı:
- Bəli, nəlbəkinin içində, ayaq üstə!
- Bu sianid deyil!.. - Polkovnik bunu deyib qapıya doğru getdi. Fazil Məmmədli də ayağa qalxdı. Qapıya çatanda Qasımlı
yenidən geri çevrildi:
- Sağ olun, Ramin müəllim, lazım olsa, yenə sizinlə əlaqə
saxlayacağıq. Ruhdan düşməyin. Sabahı gözləyək!
Onlar kabinetdən çıxıb pilləkənlərlə aşağı düşdülər. Fazil Məmmədli bu
saat haradasa nahar etmək barədə düşünürdü. Polkovnik Qasımlının isə nə düşündüyünü demək çətin idi. Maşının yanına çatanda, o, Fazildən
birlikdə doktor Muradzadənin evinə baş çəkməyi xahiş etdi. Naəlac qalan vəkil bir söz deməyib sükanın arxasına keçdi

XəyanətDonde viven las historias. Descúbrelo ahora